Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Akademik: Bir qrup adam Yer kürəsini ovuclarının içinə almağı bacardı
Akademik: Bir qrup adam Yer kürəsini ovuclarının içinə almağı bacardı

ÜST sədri Tedros Adhanom Qebreyesus bildirib: “Bəşəriyyət real təhlükə dövrünə daxil olub və koronavirusla mübarizədə bir çox nailiyyətlər hazırda eroziyaya uğrayır”.

Dünən məni vaksin barədə düşündürən iki məsələylə qarşılaşdım. Birinci onu qeyd edim ki, heç bir məcburiyyət gözləmədən aylar öncə könüllü vaksin olundum. Kimsə demədəm. Evdən işləyirdik, getdim vaksinimi vurdurdum. Ən azından ona görə ki, özümü psixoloji hazırlıqlı hiss etdim, yoluxsam belə ölümcül formada keçirmiyim xəstəliyi.Bu günə qədər hansısa bir narahatlıq yaşamamışam.

Dünən qonşumla qarşılaşdım. Marketdə işləyir. Kasıb evinin yeganə çörək gətirəni, avam bir qadındır. Deyir “vaksin vurdurmayanlar işə gəlməsin dedilər, mən də işdən çıxdım. Mənim çiplənəsi halım yoxdur”. Elə bir insandır ki , yəni yüz gün danışsan da öz inandığından əl çəkəsi deyil. Fikir azadlığı var. Nə demək olar.

Digər fakt xaricə  turist səfərinə getmək istəyən tanışımla bağlı idi. Dediyinə görə, Almaniyaya gedə bilmədi , çünki vurdurduğu vaksin “Sputnik-V” idi. Hazırda Moderna və Pfizer/BioNTech-in hazırlamış olduğu vaksinlər Avropa İttifaqı tərəfindən qəbul edilən yeganə məhsullar hesab olunur.

Qeyd edim ki,  viza alarkən aksinasiya barədə sənədlər tələb olunmur.  Lakin  sərhədi keçərkən PCR test və “Vaksin Sertifikatı”  əksər ölkələrdə tələb olunan sənədlərə çevrilir. Vaksinlənən şəxslərin sayı artdıqca vaksinlənməyənlərə qarşı cəzaları artırmaqda maraqlı olan ölkələr də çoxalır.

TƏBİB-in “Vaksin sertifikatında” adlarımız yalnız Azərbaycan dilində yazıldığı üçün sərhəd keçidlərində yubanmalara və əlavə suallara səbəb olur. Bu məqam nəzərə alınsa, yaxşı olardı.

Hələ bir il öncə yazmışdım ki, 2021-ci lin birinci yarısında ən yaxşı vaksin və peyvəndləmənin nəticələri, peyvənd pasportları barədə xəbərlər aktuallaşacaq. Çox böyük ehtimalla peyvədlənmənin məcbvuri xarakter alması fonunda əvvəl virusa münasibət, onun təqdimatı dəyişəcək .

Hazırda vaksin sahəsində dünya bazarlarında adı çəkilən, ABŞ, Çin, Rusiya, Almaniya arasında gizli mübarizə davam edir. Çünki, vaksin özlüyündə böyük iqtisadi məhsuldur. İndi vaksini olan dövlətlrin güc yarışı başlayacaq, bir birlərinin tərəfdaşlarını əlindən qoparmaq mübarizəsi gedəcək. Hansı vaksinin hansı dərəcədə effektiv olması yox, onların hansı güc mərkəzlərini yaradacağı əsas məsələdir.

Pandemiya başa çatmadan ÜST və onun kimə xidmət etdiyi bəlli olmayn rəhbəri yeni daha təhlükəli mərhələlərdən dəm vurur.

Rusiyalı cərrah, akademik Aleksandr Redko bildirib ki, vurulan vaksinlər aktiv genetik materiallar daşıyırlar və bu vaksinlər insan genomuna, genetikasına təsir edir.

“Mən istəmirəm ki, mənim Aleksandr Redkonun  genomuna hansısa Bill Geyts təsir etsin. Mən bunu istəmirəm. Bu mənim genimdir, mənim ata babalarımdan mənə ötürülb. Anamdan keçib. Vaksin istəyib istəməmək mənim azadlığımdır. Bu dünyada yaşamaq da mənim haqqımdır. Haqqımı əlimdən alanlar mənim düşmənlərimdir və mən onlarla mübarizə aparacam. Mutasiya edən virusların vaksinini vurdurmaq mənasızdır. 90-cı illrədən etibarən qripə qarşı vaksinasiya başlanandan bir müxtəlif ekloloji xəstəliklərlə üz- üzə qaldıq.

Virusun anticismlərinin hansı müddətdə insan bədənində qalacağı barədə yürüdülən mülahizələr mübahisəlidir. Professor Ginsburq bunun gah 2 illik olduğunu, gah da ömür boyu qalaraq genomlarla nəsildən nəsilə ötürüldüyünü dedi. Sonra da bildirdi ki, yarım ildən bir biz peyvəndlənməli olacağıq. Aydınlıq yoxdur. Tərəflər bir- birilə əlaqəli deyillər. Əhali sadəcə qorxmuş və məcbur edilmiş haldadır2,- deyə akademik bildirib.

O həmçinin qeyd edib ki, bununlada  dünyanı idarə  edən bir qrup qlobalist və ən güclü ailələr Yer kürəsi əhalisini ovuclarının içinə almağı, onları qorxu içində yaşayaraq özlərinə tabe etməyi bacardılar.

İlhamə Rəsulova

Paylaş »
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İlham Əliyev Anım Günü ilə bağlı paylaşım edib
››› Prezident sabah xalqa müraciət edəcək
››› Sabah hər kəs eyvanından bayraq assın...
››› Bakının bəzi yerlərində evləri yağış suları basıb
Son xəbərlər
Bütün xəbərlər »