Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş pediatr vaksinlə bağlı çağırış edib
Baş pediatr vaksinlə bağlı çağırış edib

"Pandemiya dövründə “Delta” ştammı da daxil olmaqla virusdan ən yaxşı qorunma yolu vaksindir".

Bunu Səhiyyə Nazirliyinin “İnstagram” səhifəsindəki canlı yayımda Baş pediatr Erkin Rəhimov bildirib.

Onun sözləinə görə, hələ ki, uşaqlara vaksin vurulmur, amma gələcəkdə bu barədə elmi sübut olarsa, uşaqlar da vaksin oluna bilər:

“Təəssüf ki, hələ uşaqlar koronavirusa qarşı peyvənd olunmur. Ona görə də uşaqları da qorumağın ən yaxşı yolu hamının peyvənd olunmasıdır. Bəzi insanlar peyvənd vurdurub yoluxa bilər, heç bir peyvənd 100 faiz qorumur. Amma elmi tədqiqatlar göstərir ki, yoluxma olsa belə, peyvənd reanimasiyaya düşmə və ölüm hallarından 95 faiz qoruyur. Elmi sübutlar göstərir ki, virusdan ölənlər də peyvənd olunmayanlardır. Hər iki dozadan peyvənd olunandan sonra ölüm çox-çox nadir halda ola bilər. Məqsəd təkcə peyvənd olunan adamın özünü qoruması deyil. Məqsəd həm özümüzü, həm cəmiyyəti qorumaqdır".

Baş pediatr deyib ki, əhalinin 70-80 faizinin peyvənd olunması lazımdır: "Bəzi xərçəng xəstələri və digər xəstəlikləri olanlar peyvənd oluna bilmir. Ona görə biz peyvənd olunmaqla o cür xəstlikləri olanları da virusdan qorumuş oluruq”.(apa)

Paylaş »
››› Bakıda klinikada çəplik üçün əməliyyata girdi, görmə qabiliyyətindən oldu
››› Raketi görməyənlər, şəhid ailəsinin daşı ilə özünə tualet tikənlər – Qısası, İcra Hakimiyyətləri
››› “Məgər ölkəni satanlar elə təkcə rus sektorunu bitirənlərdir?”
››› İnsanlar beynini qida ilə sıradan çıxarır
››› Pandemiya ilə bağlı vəziyyət daha da ağırlaşır
››› Putinin istəyinə çatması Rusiyaya nəyin bahasına başa gələcək...
››› “30 ildir yaşadığım evin mülkiyyət sənədini almağıma imkan vermirlər”
Son xəbərlər
Bütün xəbərlər »