Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Karapetyan öz populizmi ilə yeni müharibə başlada bilər”
“Karapetyan öz populizmi ilə yeni müharibə başlada bilər”

Ermənistanın Müdafiə naziri Arşak Karapetyan Ermənistan sərhədini keçmək istəyən Azərbaycan hərbçilərinin məhv edilməsi barədə əmr verib.

Bizimyol.info-nun Ermənistan mətbuatına istinadən xəbərərinə görə Karapetyan bunu müdafiə nazirliyinin bu gün keçirilən kollegiyasının iclasında deyib. Arşak Karapetyan çıxışında tabeçiliyində olan əsgərlərə Ermənistan sərhədini keçməyə çalışan Azərbaycan hərbçilərinə dərhal atəş açmağı və hər vasitə ilə məhv etməyi ciddi şəkildə əmr edib.

Karapetyan birlik komandirlərinə qəti xəbərdarlıq edib. O eyni zamanda Ermənistan komandirlərin bir santimetr belə irəliləyən Azərbaycan hərbçilərinə görə sərt şəkildə cəzalandırılacaqlarını deyib.

Ermənistanın müdafiə naziri Arşak Karapetyan Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı, general-leytenant Rüstəm Muradovla görüşüb.

Tərəflər Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib. Həmçinin, Karapetyanın separatçı rejimin başçısı Arayik Arutyunyanla da görüşdüyü bildirilir.

Məsələ ilə bağlı Bizimyol.info-ya danışan politoloq,”Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Ermənistanın yeni müdafiə naziri sadəcə özünü “hər şeyi nəzarətdə saxlayan komandan ”kimi göstərməyə, cəmiyyətdə xal yığmağa çalışır.

Elxan Şahinoğlu Elxan Şahinoğlu

“Yeni təyin olunub, bu cür piar xarakterli addımlar atır. Ermənistan ordusu hazırda müharibə aparacaq vəziyyətdə deyil. Bəzi generalların işi istintaqa da gedib, Ermənistan generalitetinin cəmiyyətdəki nüfuzu da sarsılıb. Karapetyan bu nüfuzu bərpa etməyə çalışır. Digər tərəfdən, Ermənistan tərəfi əvvəllər də atəşkəsi pozaraq Azərbaycan ordusuna itkilər verdirməyə və bununla Azərbaycan cəmiyyətində çaxnaşma salmağa çalışırdı. İndi də, Karapetyan düşünür ki, bir neçə Azərbaycan hərbçisini şəhid edərək, xalqımızın içində narahatlıqlar yarada biləcək. Lakin o, öz populizmi ilə yeni müharibənin başlanmasına səbəb ola bilər. Bu cür məqamlarda ehtiyatlı olmaq lazımdır. Qarşı tərəfdən hər hansı cəhd olsa, Azərbaycanın cavabı Ermənistan üçün çox ağır olacaq”, - deyə E.Şahinoğlu qeyd edib.

O əlavə edib ki, sərhəddə delimitasiya işləri başlamayana qədər yeni toqquşmalar üçün zəmin hər zaman olacaq: “Rusiya Xarici İşlər Nazirliyindən də bildiriblər ki, Rusiya öz sərhədçilərini delimitasiya olmayan sərhədə göndərmək istəmir. Azərbaycan isə dialoqa hazır olduğunu bəyan edib. Digər tərəfdən, Fransa prezidenti Emmanuel Makronun ötən gün İlham Əliyevə zəng etməsi ondan xəbər verir ki, Fransa da gərginliyin artmasını istəmir, dialoqa üstünlük verir. Lakin Ermənistan tərəfi var gücü ilə gərginliyi artırmağa və Qərb dövlətlərini də məsələyə cəlb etməyə çalışır”.

Hərbi ekspert Tərlan Eyvazov bildirib ki, sərhəd bölgəsində silahlı qarşıdurmanın olmaması üçün, bəzən komandirlər, nümayəndələr danışıb dil tapa bilir, hər hansı tərəfdən itki olmur.

Tərlan Eyvazov Tərlan Eyvazov

“Lakin Karapetyanın bu əmri provokasiyadan başqa bir şey deyil. Digər tərəfdən, özünü Ermənistan cəmiyyətinə xarakterli bir general kimi təqdim etməyə çalışır. Lakin Ermənistanın məğlubiyyətində onun da payı az deyil – bunu öz ekspertləri deyirlər. Arşak Karapetyan özü də yaxşı bilir ki, Azərbaycan tərəfinə açılan bir güllənin cavabı onqat olacaq. O, öz pafoslu çıxışları ilə sadəcə, hər gün daha çox Ermənistan əsgərinin ölümünə səbəb olacaq”,- deyə ekspert vurğulayıb.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› İki oğlu şəhid olan ananın şikayətinə cavab gəldi
››› "Region dünyanın barıt çəlləyinə çevrilib, partlayış bir qığılcıma bənddir"
››› “Yardımlının axundunu rayonda tapmaq olmur”
››› FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “Məgər ölkəni satanlar elə təkcə rus sektorunu bitirənlərdir?”
››› Ərdoğan: "İğdırdan Azərbaycana yol çəkəcəyik"
Son xəbərlər
Bütün xəbərlər »