Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AY Partiya Başqanı KKTC-nin Bakı nümayəndəsi ilə görüşüb
AY Partiya Başqanı KKTC-nin Bakı nümayəndəsi ilə görüşüb

Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli bu gün Şimali Kipr Türk Respublikasının (KKTC) Bakıdakı nümayəndəsi Mustafa Kamal Bəyazbayramla görüşüb.

Görüşdə AY Partiya Başqanının müavini Gülşən Hacıyeva və Gənclər Təşkilatının üzvü Ruhəngiz Cəfər iştirak ediblər.

Anar Əsədli yeni fəaliyyətə başlayan Mustafa Kamal Bəyazbayramı təyinatı ilə əlaqədar təbrik edib, fəaliyyətində uğurlar diləyib. O, AY Partiya haqqında məlumat verərək, iki ölkənin münasibətlərinin inkişaf etdirilməsi istiqamətində siyasi partiyaların üzərinə düşən vəzifələrdən danışıb.

AY Partiya Başqanı bildirib ki, xüsusilə dövlətlərin xarici siyasətlərində partiyaların rolu önəmlidir. Dost və qardaş ölkələrin siyasi partiyaları ortaq məsələlərdə birgə hərəkət etməli, problemləri gündəmə gətirməlidir. Belə olan halda daha böyük nəticələr əldə etmək mümkündür.

Anar Əsədli KKTC-nin tanınması istiqamətində də siyasi partiyaların addım atmalı olduğunun vacibliyini vurğulayıb.

Mustafa Kamal Bəyazbayram fəaliyyyətə yeni başladığını, ilk görüşünü Türkiyənin Azərbaycadakı səfiri Cahit Bağcı ilə keçirdiyini bildirib. O, ikinci qəbulunun AY Partiya olduğunu diqqətə çatdırıb.

Anar Əsədli KKTC nümayəndəsinə Azərbaycan bayrağı və “Xarı bülbül” nişanı təqdim edib.

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »