Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Sükan arxasında mobil telefonla danışmağa görə elektron protokol qanunsuzdur"
"Sükan arxasında mobil telefonla danışmağa görə elektron protokol qanunsuzdur"

“Yol polisi tərəfində sürücülərə elektron protokollar göndərilir. Bu elektron qərarlar sükan arxasında mobil telefondan istifadə edən sürücülərlə bağlıdır”.

Bu barədə Bizimyol.info saytına nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı danışıb. O, qeyd edib ki, bu proses qanunla tənzimlənmir. Ekspertin fikrincə, sükan arxasında qayda pozan istənilən sürücü qanunla cəzalandırılmalıdır.

Elməddin Muradlı Elməddin Muradlı

İnzibati Xətalar Məcəlləsinin 122.1 maddəsinə əsasən elektron qaydada xüsusi texniki vasitələrlə qeydə alına bilən xətaların siyahısı var. Orada bir çox xətalar qeyd edilib. Bura sürət həddinin aşılması, işıqforun qırmızı işığından keçmək, piyadaya yol verməmək, sığorta müddətinin bitməsi, texniki baxış müddəti bitdikdə, sağ zolaq boş olduğu halda sol zolaqla hərəkət etmək, ötmə manevr qaydalarının pozulması, yol ayrıcının keçmə qaydasının pozulması daxildir. Bu xətalar, elektron qaydada protokollaşdırılıb sürücülərə göndərilə bilər.

“Ancaq bu maddədə Bakı Nəqliyyat Agentliyinin tətbiq edtdiyi dayanma-durma, Yol polisinin yeni tətbiq etməyə başladığı sükan arxasında mobil telefonla danışmaq yoxdur. Təhlükəsizlik kəmərindən istifadə etməməyə görə yol polisi elektron protokol tərtib edə bilər. Bu qanunda var. Ancaq qanunda nəzərdə tutulmayan qayda pozutularının sürücülərə göndərilməsi yanlış qərardır”,- deyən ekspert bildirib ki, Milli Məclisdə bu qanunlarda boşluq kimi qəbul edilir.

Milli Məclisin deputatları qanunverciliyə dəyişiklik edəndə, kəmərə görə elektron protokolların yazılmasını qanuniləşdirəndə telefonla danışmağı da qeyd edə bilərdi. Ekspertin fikrincə, qanunlar qəbul edərkən boşluq buraxılmamalıdır. Dəyişiklikləri mükəmməl şəkildə edərək, təqdim etmək lazımdır. Əks halda qanunla tənzimlənməyən halların həyata keçirilməsi sürücülərlə qurumlar arasında problemlərin yaranmasına səbəb ola bilər.

İlahin, Bizimyol.info

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »