Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rafael Ağayev gümüş medalını qazanıb
Rafael Ağayev gümüş medalını qazanıb

Azərbaycan komandası Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk gümüş medalını qazanıb.

Olimpiada proqramına ilk dəfə salınan karate növündə Rafael Ağayev fəxri kürsünün ikinci pilləsinə qalxıb.

36 yaşlı idmançı finalda italiyalı Luici Busaya uduzub. Bununla da Ağayev ikinci yeri tutub.

Qeyd edək ki, daha əvvəl cüdoçu İrina Kindzerska (+78 kq), boksçu Alfonso Dominges (81 kq) və yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) bürünc medal qazanıb. Bundan başqa sərbəst güləşçi Hacı Əliyev (65 kq) finala yüksəlib, qadın güləşçi Mariya Stadnik (50 kq) və daha bir sərbəst güləşçi Şərif Şərifov (97 kq) bürünc medal uğrunda döyüşəcək. Hər 3 görüş avqustun 7-də olacaq.

***

Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

75 kq çəki dərəcəsində çıxış edən idmançı B qrupundakı ilk görüşündə Almaniya təmsilçisi Noa Biçlə üz-üzə gəlib.

Ağayev rəqibinə 2:1 hesabı ilə qalib gəlib. O, qrupda növbəti döyüşünü Çuneari Yahiro (Avstraliya) ilə keçirəcək. A və B qruplarında ilk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək.(report)

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »