Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaralanmış minatəmizləmə rekordçusundan xəbər var
Yaralanmış minatəmizləmə rekordçusundan xəbər var

Ötən ayın sonunda Azərbaycan üzrə minatəmizləmə rekordçusunun yaralandığı haqda yazmışdıq. O, 42 yaşlı Füzuli rayon sakini, üç övlad atası Bəhruz Nəsirovdur.

Horadiz şəhərində yaşayan Bəhruz Tapdıq oğlu Nəsirov 20 ildir ki, ANAMA-da, İndiki Minatəmizləmə Agentliyində işləyir. İndiyədək 3000-ə yaxın minanı zərərsizləşdirib. Başqa sözlə, 3000 insan həyatını xilas edib.

9 gün əvvəl işğaldan azad olunmuş Cəbrayıl rayonu ərazisində mina təmizləyərkən Bəhruz Nəsirov, erməni hərbi bölmələrinin quraşdırdığı mina tələsinə düşüb; "sürpriz"- minanın partlaması nəticəsində sağ ayağından və üz nahiyəsindən qəlpə yaraları almışdı. Füzuli rayon Mərkəzi Xəstəxanasına aparılmışdı.

Saytımızın rəhbəri - "Bizim Yol" MMC-nin baş direktoru Bahəddin Həziyev bu gün Bəhruz Nəsirova zəng edib. Söhbət zamanı Bəhruz Nəsirov artıq Füzuli rayon Mərkəzi Xəstəxanasından evə buraxıldığını deyib:

"Müalicəm evdə ambulator şəraitdə davam etdirilir. Hadisə nəticəsində kəllə-beyin travması almışdım. Hələ də başımın içində səs var".

Ümumilikdə yaxşı olduğunu deyən Bəhruz Nəsirov sağaldıqdan sonra öz işinə qayıdacağını, mina təmizləməyə davam edəcəyini deyib.

Qəhrəman minatəmizləyən Bəhruz Nəsirova tezliklə sağalmağı arzulayırıq. Allah şəfa versin!

Orxan, Bizimyol.info

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »