Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da yanğınlar nəticəsində 1 qəsəbə tamamilə yox oldu
ABŞ-da yanğınlar nəticəsində 1 qəsəbə tamamilə yox oldu

Kaliforniyanın tarixi qəsəbəsi sayılan Greenville meşə yanğınları nəticəsində tamamilə məhv oldu.

Bizimyol.info xəbər verir ki, yanğın, quru küləyin təsiri ilə təxminən 64 kilometr sürətlə dağlıq bölgədə olan Greenville-ə çatıb. Qısa müddət ərzində alovlar büün şəhəri bürüyüb. Restoranlar, yanacaqdoldurma məntəqələri, kilsələr, otellər, muzeylər, yüzlərdə yaşayış evi və binalar tamamilə məhv olub.

Bölgəni Amerika Konqresində təmsil edən Doug LaMalfa sosial media hesabında paylaşım edərək bildirib ki, "Bu axşam Greenville'i itirdik. Deməyə söz yoxdur".

Qeyd edək ki, "Dixie" olaraq bilinən və 13-14 iyul tarixindən əyalətin şimal bölgəsində başlayan yanğınlar, son iki gündə daha da yayılıb. Yanğınların 3 həftə öncə başlamasına baxmayaraq, hələ də bir çox yaşayış məntəqələri təhlükə altındadır.

Hazırladı: Leyla

Paylaş »
››› Daha bir Türkdilli dövlətdə ruslarla bağlı qalmaqal
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Terror aktına görə danlanan idarə rəisi özünü öldürdü
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Şəhidin qardaşı bayrağı dəyişərkən hündürlükdən yıxılaraq ölüb
Son xəbərlər
Bütün xəbərlər »