Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Beyləqanda “patı” və heroin satan yaxalanıb
Beyləqanda “patı” və heroin satan yaxalanıb

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Bizimyol.info xəbər verir ki, DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Birinci Şahsevən kənd sakini, əvvəllər məhkum olunmuş Rövşən Qabilov saxlanılıb.

Onun üzərinə və yaşadığı evə baxış keçirilən zaman iki büküm psixotrop maddə “patı” (metamfetamin), dörd bükümdə çəkisi 19 qramdan artıq heroin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı Beyləqan RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Paylaş »
››› İcra başçısının bacısı oğlu həbsdən buraxıldı
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› İki polis zabiti narkotikə görə həbs edilib
››› Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana gətirilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Məhkəmə Robert Koçaryanı Moskvaya buraxmadı
››› “Artıq Dağlıq Qarabağ yoxdur, Azərbaycan var, başa düşdüz?!..” - Video
Son xəbərlər
Bütün xəbərlər »