Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Haqq yerini tapacaq” deyən 16 illik icra başçısı məhkəmə qarşısına çıxarılır
“Haqq yerini tapacaq” deyən 16 illik icra başçısı məhkəmə qarşısına çıxarılır

İmişli rayon İcra Hakimiyyətinin başçısı olarkən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində həbs olunan Vilyam Hacıyevin işi üzrə istintaq başa çatıb. Sabiq icra başçısının işi üzrə cinayət işinin materialları araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizimyol.info xəbər verir ki, Viyam Hacıyev haqqında cinayət işini Azər Paşayevin sədrliyilə, İradə Həsənzadə və Əhməd Quliyevdən ibarət hakimlər kollegiyası araşdıracaq.

Vilyam Hacıyev Vilyam Hacıyev

2020-ci il mayın 5-də həbs olunandan DTX-nın istintaq təcridxanasında saxlanılan Vilyam Hacıyev Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələrilə ittiham olunur.

“DOST İş Mərkəzi” MMC, İmişli Rayon Mərkəzi Xəstəxanası, İmişli rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsi, Kürdəmir Regional Mədəniyyət İdarəsi Vilyam Hacıyev haqqında cinayət işində zərərçəkmiş qismində tanınıb. Sabiq icra başçısı bu qurumlara ayrılmış vəsaitlərin yeyintisində, yaxud onlardan rüşvət almaqda ittiham olunur.

1957-ci il təvəllüdlü Vilyam Hacıyev Gölgöl şəhərində anadan olub. O, ilk dəfə 2004-cü ildə bu rayonda icra başçısı olub və bu vəzifədə iki il çalışıb. 2006-cı ildə Samux rayonuna eyni vəzifəyə təyin edilib və 6 il də orada icra başçısı işləyib. 2012-ci ildən 2020-ci ildə həbs olunduğu günə qədər isə İmişlinin icra başçısı olub.

O, İmişlidə saxlanılıb Bakıya – DTX-nın binasına gətiriləndən sonra həbs qərarı alınması üçün Səbail rayon Məhkəməsinin binasına aparılmışdı. Məhkəmə binasından çıxarılanda orada onu gözləyən yaxınlarına üzünü tutaraq, belə demişdi: “Bu günlər keçəcək. Hər şey yaxşı olacaq. Haqq yerini tapacaq...”

Azərbaycanda icra başçılarının həbsi 2019-cu ilin dekabrında Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyev və Yevlaxın elə ərəfədə vəzifəsindən çıxarılan sabiq icra başçısı Qoca Səmədovla başladı. 2020-ci ilin ilin fevralında Neftçalanın, mayda isə Biləsuvarın və İmişlinin icra başçıları həbs edildi. Daha sonra Kürdəmir, Cəlilabad rayonlarında da eyni əməliyyatlar həyata keçirildi.

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Prezident sabah xalqa müraciət edəcək
Son xəbərlər
Bütün xəbərlər »