Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Belarusa məcbur qaytarılmaq istənilən idmançı: “Dedilər ki, 40 dəqiqə vaxtın var”
Belarusa məcbur qaytarılmaq istənilən idmançı: “Dedilər ki, 40 dəqiqə vaxtın var”

Belarus idmançısı Kristina Timanovskayanın zorla Minskə göndərmək cəhdini Tokio Yay Olimpiya Oyunlarının ən böyük qalmaqalı adlandırmaq olar. Atleti idman funksionerləri haqda tənqidi çıxışına görə cəzalandırmaq istəmişdilər. Onu milli komandadan kənarlaşdıraraq Tokio hava limanına gətirsələr də, Belarusa yollamaq mümkün olmamışdı.

Bizimyol.info xəbər verir ki, indi Timanovskaya təhlükəsiz yerdədir. Polşanın Tokiodakı səfirliyi ona sığınacaq verib. Timanovskaya alman jurnalistlərin suallarını cavablandırıb.

“Bizim baş məşqçi qaldığım otağa gəldi və 200 metrə qaçış yarışında iştirak etməyəcəyimi bildirdi. Dedi, əşyalarımı yığıb aeroporta yollanmaq üçün 40 dəqiqə vaxtım var”.

Timanovskaya dərhal hər şeyi anlayıb. Hələ bir gün əvvəl məşqçi onu hədələyibmiş. Atlet bundan sonra özünü əsir kimi hiss etdiyini bildirib.

“Belarusa getmək istəmirdim. Çünki məşqçi demişdi ki, məni yaxşı şeylər gözləmir. Həyat yoldaşıma, nənəmə zəng vurdum. Onlardan necə davranmalı olduğumu soruşdum. Vaxtı mümkün qədər uzatmağa çalışırdım. Aeroporta gedəndə qərara gəldim ki, polisə müraciət edim”.

Timanovskaya deyib ki, idmançı yoldaşlarıyla əlaqə saxlamayıb. Onun firkincə, bu, həmkarlarına qadağan olunar.

“Mən heç vaxt siyasətə qarışmamışam. Əvvəldən siyasətdən söz açmadım. Sadəcə, dedim ki, məşqçilər idmançılarla məsləhətləşmədən estafet heyətini müəyyənləşdirməli deyildi. Bu təsnifata aidiyyəti olmayan idmançıları necə seçmək olardı?! Ağlıma gəlməzdi ki, məsələ belə miqyas alacaq və siyasi qalmaqala çevriləcək”.

Timanovskaya ingilis jurnalistlərə verdiyi son müsahibədə Belarusda ittiham olunmasını ədalətsizlik adlandırıb. Atlet vətəninə xəyanət etmədiyini, hadisələrin gözlənilməz istiqamət aldığını deyib.

Timanovskayanın həyatını Polşada davam etdiricəyi bildirilir. Onun həyat yoldaşının da Belarusu tərk etdiyi, Ukraynaya üz tutduğu qeyd olunur. Amma Timanovskayanın hələlik Varşavaya getməsi məqsədəuyğun sayılmayıb. Atlet Tokiodan Avstriyanın paytaxtı Vyanaya yollanmağa hazırlaşır.

Timanovskaya 1996-cı ildə Belarusun Klimoviçi şəhərində doğulub. 2019-cu ildə Neapol universiadasının qalibi olub. Timanovskaya heç vaxt siyasətə qarışmadığını desə də, 2020-ci ilin avqustunda prezident seçkilərindən sonrakı hadisələrdə polisin etirazçılara qarşı zorakılığını pisləmişdi.

Paylaş »
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
Son xəbərlər
Bütün xəbərlər »