Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müdafiə naziri Zakir Həsənov general haqda mənfi xasiyyətnamə verib
Müdafiə naziri Zakir Həsənov general haqda mənfi xasiyyətnamə verib

Adətən, cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb, iş məhkəməyə göndəriləndə həmin iş üzrə təqsirləndirilən şəxsi səciyyələndirən hallar da materiallarda əksini tapır. Bu məqsədlə şəxs haqqında xasiyyətnamələr toplanılır.

Həbsdə olan Milli Qəhrəman və general Rövşən Əkbərov haqqında da müxtəlif qurumlardan müvafiq rəylər alınıb. Onların arasında Müdafiə naziri Zakir Həsənov da olub.

“Müdafiə naziri 17 may 2021-ci ildə Rövşən Əkbərov haqqında xasiyyətnamə imzalayıb. Həmin sənəd Baş Prokurorluğun İstintaq İdarəsinə təqdim olunub. Sənəddə Rövşən Əkbərov mənfi xarakterizə olunub”, - deyə mənbə Bizimyol.info-ya bildirib.

Rövşən Əkbərov Rövşən Əkbərov

İstintaq orqanı eyni zamanda Müdafiə Nazirliyi Bakı Qarnizonunun 9 saylı Mənzil İstismar Sahəsindən (MİS) də xasiyyətnamə alıb. Bu xasiyyətnamədə isə general müsbət xarakterizə olunub.

1965-ci il təvəllüdlü general Rövşən Əkbərov 24 noyabr 2020-ci ildə ehtiyata buraxılıb. 2021-ci il martın 15-də isə həbs olunub. O, 20 il əvvəl - 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyevdə “Sikora” kafesinin yaxınlığında 29 yaşlı azərbaycanlı işadamı Elçin Əliyevi qətlə yetirməkdə ittiham olunur.

İttihama əsasən, gecə saat 3 radələrində kafedə eyni masa arxasında yeyib-içəndən sonra Rövşən Əkbərovla Elçin Əliyev arasında mübahisə yaranıb. Həmin vaxt Məzahir Şıxəliyev (o, bir müddət əvvəl vəfat edib-red.) də onların yanında olub. Kafenin işçiləri səs-küyə görə onları kafedən çıxmağa məcbur edib. Onlar mübahisəni kafenin yaxınlığında davam etdiriblər. Bu zaman general maşından bıçaq götürərək, onu ürək nahiyəsindən vurub. Cinayət işinin materiallarında iddia olunur ki, Rövşən Əkbərov mübahisə zəminində mərhum Məzahir Şıxəliyevə də yumruq vurub. Bu səbəbdən generala qəsdən adam öldürmə ilə yanaşı, xuliqanlıq ittihamı da verilib.

General isə ittihamı qəbul etmir. O, bu barədə cinayət işinin materiallarında yazılanları “uydurulmuş kino ssenarisi” adlandırıb.

Ukrayna prokurorluğu hələ 2003-cü ildə Azərbaycan Baş Prokurorluğuna məktub göndərərək, Elçin Əliyevin qətlində Rövşən Əkbərovun təqsirli olmasına dair sübutlar əldə edildiyini yazırdı.

Rövşən Əkbərov 1994-cü ildə Surət Hüseynovun dəstəsinin qarşısının alınmasında xidmətlərinə görə həmin ilin oktyabrında Milli Qəhrəman adına layiq görülüb. 1995-ci ilin martında OMON hadisələrindən sonra isə aprelin 4-də ona “Azərbaycan bayrağı” ordeni verilib.

Paylaş »
››› İcra başçısının bacısı oğlundan kənd camaatına qəribə qadağa...
››› Bu il məktəblərdə gül buketi “gül pulu” ilə əvəz olundu: Əlində gül yox, cibində pul gətir
››› Zaxarova Gorus-Qafan yolunda Azərbaycanın İranın yük maşınlarını saxlamasına münasibət bildirib
››› İran Xankəndini Ermənistan ərazisi hesab edir - Foto
››› Vampir hekayələri gerçəkləşir -  Hər gün qan içməsə, dayana bilmir
››› Dama-dama göl olan 15 qəpiklər – Deputatın çıxışı xalqı qəzəbləndirdi
››› “İran Azərbaycanla münasibətlərdə nə istədiyini, nə gözlədiyini aydın ifadə etməlidir”
Son xəbərlər
Bütün xəbərlər »