Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlandı
Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul olmaq üçün avqustun 4-də keçirilmiş baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının ikinci cəhdinin nəticələrini elan edib.

DİM-dən “Bizimyol.info”ya verilən məlumata görə, imtahanda iştirak etmiş hər bir namizəd DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Namizədlər imtahan nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 966 namizəddən 21 nəfəri imtahana gəlməyib. 230 namizəd müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyib.

Son xəbərlər
Bütün xəbərlər »