Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş prokuror Kamran Əliyev Naxçıvana səfər edib
Baş prokuror Kamran Əliyev Naxçıvana səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən avqustun 5-də Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına işguzar səfər edib.

Baş prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nümayəndə heyəti xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, önünə tər gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra səfər çərçivəsində nümayəndə heyəti Heydər Əliyev Muzeyini ziyarət edərək onlara muzey barədə ətraflı məlumat verilmişdir.

Qonaqlar muzeydə nümayiş etdirilən zəngin fond materialları, orijinal sənədlər və eksponatlarla dahi rəhbərin mənalı həyatı, xalqımızın rifahı, xoş gələcəyi naminə siyasi fəaliyyətinin ayrı-ayrı dövrləri, mərhələləri ilə bağlı eksponatlarla tanış olublar.

Baş prokurorun rəhbərlik etdiyi heyət həmçinin Ulu öndərin adını daşıyan tam orta məktəb və Hərbi Liseydə də olublar.

Bundan sonra Bəhruz Kəngərli muzeyini ziyarət edən qonaqlara Azərbaycan rəssamlıq sənətinin ən görkəmli nümunələrindən olan əsərlər barədə ətraflı məlumat verilib.

Səfərin gedişatı barədə ictimaiyyətə məlumat veriləcək.

Son xəbərlər
Bütün xəbərlər »