Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qadın qətllərinin qarşısını necə almalı?
Qadın qətllərinin qarşısını necə almalı?

Feministlərin aksiyası gündəm oldu. Polis idarəsinə qırmızı boyalar yaxdılar. Təbii ki, dövlət atributları olan, dövlətin qurumunu bu cür formada təhqir etmək doğru deyildi. Dövlət əmlakına zərər vurublar.

Amma onlar da təhqir olunduqlarını, alçaldıqlarını deyirlər.

Bir məsələyə toxunmaq istərdim. Bir müddət əvvəl səs yazıları yayılmışdı. Feministlər qrup yazışmalarında “mütləq boşanma” olmalıdır deyir və başqa bir skrinşotda Nərmin Şahmarzadə yazır ki, yenə gündəmə gəlib reklam olunarıq. Buna da şərh bildirmirəm.

Çox vacib bir nüans var. Azərbaycanda zorakılığa məruz qalan qadınların sığındığı “Təmiz dünya” İctimai Birliyi də var.

Sədri Mehriban Zeynalovanı çox yaxşı tanıyıram. Yetərincə mülayim, hamıya kömək etməyə çalışan insandır. Amma özünün də köməyə ehtiyacı var. Çox yaxşı bilirəm ki, rəhbərlik etdiyi sığınacağı məhdud imkanlarla saxlayır.

Ona da dövlətdən yaxşı qrant ayırılsaydı, bu gün meydanda daha fəal olar, daha çox insana kömək edə bilərdi. Amma Qərbdən maliyyələşən qruplar, təbii ki, maliyyə qarşılayan tərəfin “irad və təkliflərini”, yeri gələndə sifarişlərini də nəzərə alacaqlar.

44 günlük müharibə zamanı ölən erməni əsgərlərinin şəkillərini profildə paylaşan, onlara üzülənlər də bunlar idi.

Azərbaycanda ailə dəyərləri var. Amma mənfi hallar da var. Və mənfi hallarla mübarizə apardığını deyən adamlar da, son hədəf olaraq, ailə dəyərlərini görürlər. Vaxtilə QHT-lərə Dövlət Dəstəyi Şurasının qrant ayırdığı layihələr siyahısına baxanda məni gülmək tuturdu.

Layihələrin 70 faizi vətənpərvərliyin təbliği ilə bağlı idi. Təbii ki, bu, korrupsiyadan, “pulsilmə”dən xəbər verir. Bir çox QHT-lər dörd-beş buklet çap edir, məktəblərdə şagirdləri bir otağa yığıb şəkil çəkdirir... Layihəni yola verirdilər.

Vətənpərvərlik lazımdır. Amma ailələrin xoşbəxt olması da vacibdir. Uşaqların travmasız böyüməsi də. Qadınların zorakılıq və təcavüzdən uzaq qalması da...

Kimlərsə, öz işini vaxtında lazımınca görmür deyə, sonda ailə dəyərlərimiz hədəfə alınır, bütün dünyada biabır oluruq. Düşmənlərin əlinə bəhanə verən də bizik. Deməli, bu gedişlə bizə düşmən lazım deyil.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İlham Əliyev Anım Günü ilə bağlı paylaşım edib
››› “Bir möcüzə baş verə, ev qapımız döyülə...” – Şəhid övladlarının ata həsrəti
››› Sabah hər kəs eyvanından bayraq assın...
››› BMT bəşəriyyətin nüvə silahı ilə məhv olma riski haqqında xəbərdarlıq edib
Son xəbərlər
Bütün xəbərlər »