Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran prezidentinin andiçmə mərasimi başlayıb
İran prezidentinin andiçmə mərasimi başlayıb

İslam Şurası Məclisi (parlament) binasında İranın yeni prezidenti İbrahim Rəisinin andiçmə mərasimi başlayıb.

“Report” xəbər verir ki, dövlət televiziyası İRİB tərəfindən birbaşa yayımlanan mərasimdə parlament və Ali Məhkəmə rəhbərləri, yüksək rütbəli rəsmilər və hərbçilər iştirak edirlər. Bununla yanaşı, 70-dən artıq ölkədən 115-dək qonaq da mərasimdə iştirak edirlər.

Xatırladaq ki, İbrahim Rəisi iyulun 18-də keçirilən və seçicilərin 48,8 faizinin iştirak etdiyi seçkilərdə 17,9 milyon (62 faizə yaxın) səs toplayaraq yeni dövlət başçısı seçilib.

Son xəbərlər
Bütün xəbərlər »