Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polis “Kubinka” və “Papanin”də əməliyyat keçirib - Video
Polis “Kubinka” və “Papanin”də əməliyyat keçirib - Video

Nəsimi rayonu “Kubinka” adlanan ərazidə gənclər arasında narkotik vasitələr yayan Bibiqulu saxlanılıb.

Bizimyol.info xəbər verir ki, DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhərində narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar davam etdirilir. ¬

Belə ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun “Kubinka”, “Papanin” və digər ərazilərində narkotik vasitələrin və psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 3 nəfər tutulub. Əməliyyat zamanı əvvəlcə məhkum olunmuş Abbas Musayev və Mirzə Səfərov saxlanılıblar. Onların üzərindən psixotrop maddə olan metamfetamin aşkar edilib. Araşdırma zamanı bu şəxslərin metamfetamini “Kubinka” adllanan ərazidə narkotik maddələrin satışı ilə məşğul olan Bibiqulu adlı şəxsdən aldıqları məlum olub. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Şabran rayon sakini olan Bibiqulu Əzməmmədov da tutulub. Bu şəxsdən isə satmaq məqsədi ilə əldə etdiyi 5 büküm heroin və metamfetamin aşkar edilib. Bibiqulu Əzməmmədov narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı isə psixotrop maddələrin onlayn yolla satışını həyata keçirən paytaxt sakini Kamran Bağışlı Buzovna qəsəbəsi ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı odan 35 qrama yaxın metamfetamin aşkar edilib. O, ifadəsində psixotrop maddələri şəxsiyyəti istintaqa məlum olmayan xarici ölkə vətəndaşından aldığını və hazır bükümlər şəklində qablaşdıraraq onlayn yolla satışını həyata keçirdiyini bildirib.

Faktlarla bağlı Nəsimi və Xəzər Rayon Polis İdarələrində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Paylaş »
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› İki polis zabiti narkotikə görə həbs edilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Yuxarı Qarabağda əhali Rusiyanın girovluğundadır"
››› Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana gətirilib
››› “Artıq Dağlıq Qarabağ yoxdur, Azərbaycan var, başa düşdüz?!..” - Video
››› ÜST: Həkimlər və tibb bacıları xəstəxanaları tərk edirlər
Son xəbərlər
Bütün xəbərlər »