Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qiyamət gününə hazırlaşan milyarderlər sığınacaq kimi ada dövləti seçib
Qiyamət gününə hazırlaşan milyarderlər sığınacaq kimi ada dövləti seçib

Dünyada arzuolunmaz hadisələr baş verir. Planet iki ilə yaxındır epidemiya ilə mübarizə aparır. Bunun nə vaxt bitəcəyi bilinmir. Ölkələrin əksərində dərin iqtisadi böhran yaranıb. Digər yandan da meşə yanğınları daha geniş əraziləri əhatə etməyə başlayıb. Türkiyə günlərdir bunun öhdəsindən gələ bilmir. Avropanın şimal ölkələrini də yanğınlar bürüyüb.

Bizimyol.info xəbər verir ki, dünya mətbuatında Yer kürəsinin çöküşünə hazırlıqla bağlı yazılar yer almağa başlayıb. Belə yazıların birində sığınacaq kimi seçilən ölkənin adı da çəkilib. Bildirildiyinə görə, Silikon vadisinin böyük fiqurlarından tutmuş rus oliqarxlara qədər Yeni Zelandiyada ərazi satın alır. Burada içində ərzaq ehtiyatı və silahlar yer alan sığınacaqlar inşa etdirirlər.

Yazıda Yeni Zelandiya ehtiyat tədbirləri üçün ən uyğun yer kimi təqdim olunub. Ada dövlət heç vaxt siyasi qalmaqalların mərkəzində dayanmır. Təbiətinə söz ola bilməz.

Milyarderlər dünyanın sonuna müxtəlif istiqamətlərdə hazırlaşırlar. Onların arasında oxatma dərsləri alan da var.

“PayPal” ödəmə sisteminin yaradıcılarından olan iş adamı Piter Til və “Reddit”in təsisçisi Stiv Haffman qiyamətə hazırlaşdıqlarını gizlətmirlər. Til deyib ki, Yeni Zelandiya dünyanın gələcəyidir. İş adamı ada dövlətin təbii resurslarını qabardıb. Onun firkincə, yeni başlanğıc üçün Yeni Zelandiya tam uyğun ölkədir. Til burada böyük ərazi alıb. O, 2011-ci ildən Yeni Zelandiya vətəndaşıdır.

Silikon vadisinin böyük investorlarından Sem Oltmen Piter Tillə razılaşdığını, ilk imkandaca xüsusi təyyarə ilə onun Yeni Zelandiyadakı iqamətgahına uçacağını deyib. Oltmen üç məsələnin dünyanın sonunu gətirəcəyini bildirib. “OpenAl”ın yaradıcısı virus hücumunu, süni intellektin insan zəkasını üstələməsini və nüvə savaşını fərqləndirib.

“Finder” əməliyyat sistemi müştərilərin məsrəf vərdişlərini araşdıran anketlər hazırlayıb. Buradan məlum olub ki, amerikalıların 20 faizi qiyamət gününün hazırlıqları barədə düşünür. Amma onların hazırlıq prosesi milyarderlərin genişmiqyaslı tədbirlərindən çox geri qalır.

Stiv Haffman ABŞ-da indidən lazımi işləri görür. “Reddit”in baş direktoru hətta San-Fransiskodakı evində silah anbarı yaradıb. Haffman zaman itirmədən lazer gözəl əməliyyatı da keçirib.

“Mayfield Fund”un icraçı direktoru Tim Çanq da boş oturmayıb. Onun bütün ehtiyat ləvazimatlarının yer aldığı çantalar hazırlamasından danışılır. Tim Çanq Yeni Zelandiyada və dünyanın bir çox gözəl yerlərində imarətlər inşa etdirib.

“Linkedin”in həmtəsisçisi Rid Hoffman milyarderlərin yarısının belə davrandığını bildirib. Bestsellerlər müəllifi, eyni zamanda uğurlu iş adamı kimi tanınan Antonio Qarsiya Martines hətta Sakit okeanda ada almağa imkan tapıb. Adaya xeyli generator, günəş panelləri və silah aparılıb.

Son xəbərlər
Bütün xəbərlər »