Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Əlil olan təhsil bu dövrdə vəfat etdi"
"Əlil olan təhsil bu dövrdə vəfat etdi"

Artıq iki ilə yaxındır ki, dünyada davam edən qlobal böhran bütün sahələrə öz təsirini göstərir. Bu təsirdən ən çox nəsibini alan isə təhsil sahəsidir. Məktəblərin bəzən əyani bəzən isə onlayn olması, internetin zəifliyi və ya olmaması təhsilə yetərincə zərbə vurub. Ancaq mütəxəssislər pandemiyanın qazanclı tərəflərinin olduğunu da iddia edir.

Təhsil məsələləri üzrə ekspert Qoşqar Məhərrəmov Bizimyol.info saytına bildirib ki, bu dövr Azərbaycan müəlliminə yeni bacarıqlar qazandırdı. Bir çox şagird bu dövrü fürsətə çevirib çalışmaq üçün daha çox zaman əldə etdi.

Qoşqar Məhərrəmov Qoşqar Məhərrəmov

“Özü öyrənən şagirdlər sosial şəbəkələrdən və fərqli onlayn platformalardan öyrəndi, dərslərini ordan oxudu. Fərdi öyrənə bilən insanlar artıq bu yeni dövrə adaptasiya ola bildi. Yeni dövrlə ayaqlaşa bildi. Amma bunu da qeyd etmək lazımdır ki, bir çox şagird üçün, bir çox müəllim üçün axsaq olan təhsil artıq hərəkətsiz hala gəldi. Belə də deyə bilərik, yəni, əlil olan təhsilləri vəfat etdi”.

Ekspert qeyd edib ki, hər bir insandan eyni İKT bacarığı gözləmək əbəsdir. Amma bu, təhsil ictimaiyyətinin qarşısına tələb olaraq qoyulub.

“Ya biz özümüz öyrənməyi bacarmalıyıq və ya özünü təlim üsulu ilə öyrənməyi bacarmalıyıq. Ya da təhsildən geri qalacağıq. Bu məsələ ali təhsilli müəllimlər, şagirdlər, valideynlər, təhsil idarəçiləri üçün də keçərlidir. Buna görə də biz artıq yeni dövrlə barışmalı, ayaqlaşmalıyıq. Müqavimət göstərməyin bir mənası olmadığını düşünürəm. Çünki, itirən yenə də biz olacağıq, bizim nəsillərimiz olacaq, bizim cavanlarımız olacaq. Ona görə də ümumi ictimaiyyətin cəmiyyətin təhsili üçün biz yeni bacarıqlar, yeni vərdişlər qazanmalıyıq. İKT bacarıqlarımızı inkişaf etdirməliyik”- deyən ekspert əlavə edib ki, yeni dövrdə formal təhsil öz mahiyyətini biraz daha itirir.

Formal yəni, müəssisələrin formal mənada verdiyi diplomlar, sertifikatlar əhəmiyyətini itirir. Ona görə də yeni dövrdə artıq insanlar ancaq özünü təlim üsulu ilə yeniliklərlə ayaqlaşa bilər. Əks halda onların bilikləri köhnəlmiş biliklər olaraq qəbul oluna bilər. Və bazarda sərbəst bazar iqtisadiyyatında onların biliklərinin bir qarşılığı olmaz. Onların biliklərinə bir tələb olmaz.

Q.Məhərrəmov hesab edir ki, yeni tədris ilində pandemiya davam etsə, orta təhsil səviyyəsində pandemiya səbəbli, hibrid və yaxud online təhsil davam etsə, bir çox şagird üçün yenə məyus edici bir durum olacaq. Bəzi şagirlər bundan əziyyət çəkəcək.

“Bir çox müəllim adaptasiya ola bilmədiyi üçün problem yaşayacaq. Amma bu artıq qaçılmazdır. Burada hər hansısa bir qurumu günahlandırmağın mənası yoxdur. Sadəcə biz artıq bunu başa düşməliyik ki, yeni dövr başqa vərdişlər, tələblər ortaya qoyur. Biz də həmin vərdişləri qazanmağa çalışmalıyıq. Yeni dövrdə biz özünü təlim üsulu ilə yeni bilik bacarıqlar öyrənməyə istiqamətlənməliyik. Ancaq bu yolla həyatda qala bilərik. Əks halda, qədim dövrdə dinozavrların tarix səhnəsindən silindiyi kimi bizdə təhsil səhnəsindən silinə bilərik” - deyə o bildirib.

İlahin, Bizimyol.info

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
Son xəbərlər
Bütün xəbərlər »