Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada yaşayan soydaşımız elə bir əməl törətdi ki...
Rusiyada yaşayan soydaşımız elə bir əməl törətdi ki...

Xaricdə yaşayan azərbaycanlılar ölkəmizin simaları, təmsilçiləridirlər. İstər yüksək vəzifə sahibi olsunlar, istər adi satıcı, heç kimin tanımadığı vətəndaş. Onlar yaşadıqları ölkədə Əli, Vəli, Məmməd kimi yox, azərbaycanlı kimi bilinirlər. Bəzən bunu heç özləri istəməsələr belə, milli kimlik qabağa düşür, gah qoruyur, gah da mane olur.İndiki halda söz edəcəyimiz şəxs milli kimliyimizin, yürüdülən dövlət siyasətinin kürəyinə bıçaq saplayanlardandır. Bilmirəm bunu könüllü edib, yoxsa Putinin əlaltılarının təzyiqi altında. Hər halda təzyiq altında etdiyinə inanıram, ya da qanı bizdən yox ermənilərdən gəlib.

Rusiyanın Çelyabinsk şəhərinin imamı Rinat Yaminev sosial şəbəkədə bir şəkil və video paylaşıb. Görüntülərdə İlham Əliyevin Ağdam məscidində ermənilərin donuz saxladığını dediyi kadrlar və şəkillər əksini tapıb. Rinat Yaminevin bu paylaşımı 45 yaşlı soydaşımız, Rusiyada yaşayan Alqayıt Vəliyevin “xətrinə dəyib”. O məhkəməyə müraciət edərək, bu görüntülərin onun psixologiyasını pozduğunu, milllətlər arasında nifaq toxumu səpdiyini əsas gətirərək imamı məhkəməyə verib. Yeri gəlmişkən imam Rinat Yaminev tatardır. Alqayıtın psixologiyasını pozan bu görüntülər dəfələrlə nüfuzlu saytlarda və telekanallarda nümayiş etdirilmişdir, erməni vəhşiliyinin, iyrəncliyinin görüntüləridir. Amma Alqayıt nədənsə erməniləri yox, məscidlərin ehtirama layiq olduğunu yazan Rinatı məhkəməyə verib. Alqayıt Vəliyevin şikayət ərizəsi əsasında Rusiyanın İnzibati Hüquqpozmalar Məcəlləsinin 20.3.1 maddəsi əsasında ("Nifrət və ya düşmənçilik yaratmaq) cinayət işi qaldırılıb. Çelyabinskin Traktorozavodsk rayon məhkəməsi Yaminevi 10 min rubl məbləğində cərimələyib.

Rinat Yaminev Rinat Yaminev

Məsələyə Rusiyadakı səfirimiz Polad Bülbüloğlu da qarışıb. O, vilayət qubernatoru ilə görüşərək qərarın dəyişdirilməsinə çalışır.

Bu məsələyə bir qədər dərindən yanaşılsa, adi məhkəmə işinin arxasından böyük dərdlərin çıxacağı bəllidir. Rusiyada yaşayan milyondan çox soydaşımızın hamısı hansısa qüvvələrin təsiri altında özümüzə balta çalmağa qalxsa, bunun axırı yaxşı qurtarmayacaq. Və ya bu bir mesajdır, hamısını ya məcbur edərik, ya da ölkədən çıxararıq mesajı. Diaspora kanalları, diplomatik kanallar bu məsələnin arxasında dayanan gücü tapmalıdırlar. Alqayıt Vəliyevin psixoloji problemi varsa, niyə məhz milli mənafeyimizə zərbə endirəcək bir məsələdə ortaya çıxıb? Siyasətin iyini hiss etmirik?

İlhamə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »