Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədəki yanğınsöndürənimiz: “Bura istirahətə gəlməmişik” - Foto
Türkiyədəki yanğınsöndürənimiz: “Bura istirahətə gəlməmişik” - Foto

Bu igidin adı Seyran Mahmudovdur. I Qarabağ döyüşlərində şəhid olmuş Valeh Mahmudovun yadigarıdır. FNH əməkdaşıdır. 5 ildir qardaşı ilə birlikdə Şabran rayonunda yanğınsöndürmə xidmətində işləyir. Çavuşdur, nümunəvi işçi kimi tanınır. 29 yaşı var, bir qız, bir oğul atasıdır Seyran. Türkiyədə meşə yanğınları başlayandan oraya ezam edilənlər sırasındadır qəhərman yanğınsöndürənimiz. Hər kəs onu odlu alovlu, qorxmaz, cəsur yanğınsöndürən kimi tanıyır. Harda ən çətin iş var, ən təhlükəli nöqtə var Seyran ora qaçır. Bir neçə gündür ailəsi ilə əlaqə saxlaya bilməyib. Bu gün zəng edib ki, qorxmayın sağ salamatam.

Ana ürəyidir təbii ki, gəlininə tapşırıb, oğluma denən özünü atəşin içinə atmasın. “Onun var elə özünü gözüqara təhlükəyə atması. Özünü qorusun”. Bu sözə əsəbləşən Seyranın cavabı isə insanı riqqətə gətirir:

Seyran Mahmudov Seyran Mahmudov

“Mən bura istirahətə yox, yanğın söndürməyə gəlmişəm. Evlərdə yaşlı adamlar qalıb . Lap özüm zərər görsəm belə onları qoymarıq orda qalsınlar. Birdə mənə elə söhbətlər etməyin. Belə danışsanız bir də zəng vurmayacam"- deyib.

Atası vətən yolunda özünü fəda etdi, alovlara , odlara atdı, oğlu qardaş yolunda. Aslanın balası da aslan olar təbii ki, bundan başqa nə gözləmək olardı?

Vətən Seyran kimi oğulları ilə qürur duyur. Vətən Seyran kimi oğullarla ayaqda qalır. Vətəni şəhidlərin qanı, qazilərimizin qeyrəti qoruyursa, Seyran kimi oğullar da bu əmanətə namusla sahib çıxırlar. Var ol, manqal ürəkli igidimiz, qardaş harayına səs verib odlara atılan igid çavuş, sağ salamat qayıt.

İlhamə

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »