Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“İsrail-İran münasibətlərinin kəskinləşməsi bizim üçün pis ssenaridir”
“İsrail-İran münasibətlərinin kəskinləşməsi bizim üçün pis ssenaridir”

Kuveyt kəşfiyyatı qarşıdakı 48 saat ərzində İranın bombalanacağı barədə kəşfiyyat məlumatı açıqlayıb.

Onlar digər qonşu ərəb ölkələrini fors - major hallara hazır olması barədə xəbərdarlıq ediblər. Artıq İsrail İranın göstərişi ilə Hizbullahın hücumlarına məruz qalıb və cavab da verib.

Tehran-Təl-Əviv münasibətləri İsrail dövləti yaranandan bu yana heç vaxt isti olmayıb. İran İsrailin bölgədə söz sahibi olmaq cəhdləri ilə barışmaq istəmir. Bu gün də yüksələn xətt üzrə gedən İran-İsrail gərginliyi bu fonda təzahür edir. Yəni, burada əsas məsələ Yaxın Şərqin ən güclüsü olmaqla bağlıdır. İsrail və İran arasında açıq qarşıdurma yalnız bu iki ölkə məhdudlaşmayacaq, bir sıra Avropa dövlətləri və dünyanın digər ölkələrinin də bu prosesə cəlb olunması ilə müşayiət olunacaq. İran, açıq şəkildə Ermənistanı dəstəkləyən qonşumuzudur. İsrail Qarabağ müharibəsində dəstəyini ifadə etmiş güclü dostumuzdur. İki od arasında qalmaq ehtimalımız var.

Nələr baş verir, yaxın günlərdə dünyanı nələr gözləyir? Bizimyol.info-nun sualını siyasi şərhçi Əziz Əlibəyli cavablayır.

Əziz Əlibəyli Əziz Əlibəyli

“Hazırda İsrail - İran dəniz müharibəsi sözün əsl mənasında özünün zirvə nöqtəsinə çatıb.

Burda bir neçə ciddi məsələ var. Birinci İsrail -İran münasibətləri ciddi kəskinləşib, hər iki ölkədə hakimiyyət dəyişib və yeni qüvvələr kəskin ritorika sərgiləyirlər. Üstəgəl Bayden də hakimiyyətə gəldi və ABŞ-ın yeni baxışı Britaniyanın bu məsələdəki fikirləri ilə üst -üstə düşür, Yaxın Şərqdə yeni baxışlar üzə çıxarır. Fikir verin, proseslər harda baş verir. Oman, Bəsrə körfəzlərində. Bu körfəzlər neft qaz ehtiyatlarının Hind okeanına çıxarılması yolu üzərində dayanıb və İsrail burda söz sahibi olmaq istəyir. Bu istək də ərəb ölkələri və İranın istəkləri ilə toqquşur. Nəticədə İsrail İranın cənubuna yönəlmiş trayektoriyaya ABŞ və Britaniya vasitəsilə daxil ola bilir. Bir neçə gün öncə İsrailin limanlarındakı neft tankerlərinə hücumlar oldu və bunu edən İran idi.

Xatırlayırsınızsa, ABŞ dövlət katibi Blinken demişdi ki, İsrailin İrana cavab verməsi üçün ciddi və kollektiv davranmalıdırlar. Yəni ABŞ və Britaniyanın İsrailin yanında dayanacağının mesajını verdi. Dron hücumu nəticəsində bir ABŞ əsgəri həlak oldu. Ritorika yavaş- yavaş kəskinləşdi. Bir də məsələ nədən ibarətdir.

2 gün öncə Oman krfəzində 4 neft tankeri yoxa çıxdı. Mətbuat yazdı ki, tankerlər ya minaya düşüb, ya da qaçırılıb. Bu körfəzdə təhlükəli ssenarilər baş verir. Bu körfəz İranın ayaqda qalması üçün önəmlidir. İsrail neft tankerinə dronla hücum, tankerlərin qaçırılması o deməkdi ki, məsələ ciddiləşir və İrana qarşı koalisiya formalaşır. Dünən Küveytin yaydığı qarşıdakı 48 saat ərzində İranın bombalanacagi barədə kəşfiyyat məlumatı , digər qonşu ərəb ölkələrini fors - major hallara hazır olması barədə xəbərdarlıq etmələri təsadüf deyildi. Bu 48 saat ərzində İranın tərəfdaşı Hizbullah İsraili Livan tərəfdən atəşə tutdu. İsrail də başladı Hizbullahı bombalamağa. 48 saatın sonunda İran bildirdi ki, Genavi limanında 5 ədəd ticarət gəmisi alovlanıb.

İndi bizim istəmədiyimiz bir ssenari də işə düşür. Azərbaycan prezidenti 3+3 platformasını irəli sürmüşdü, bu platformaya İran da daxil idi. İndi görünən odur ki, İran və Çin öz fərqli yolları ilə getməyi planlayıb. Azərbaycan -Türkiyə - Britaniya - İsrail koalisiyasına qarşı yeni ssenari işə düşür. İsrail və İran arasındakı müharibə Azərbaycan üçün yaxşı variant deyil”,- deyə ekspert qeyd edib.

İlhamə, Bizimyol.info

Paylaş »
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› "Yuxarı Qarabağda əhali Rusiyanın girovluğundadır"
››› İki polis zabiti narkotikə görə həbs edilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ÜST: Həkimlər və tibb bacıları xəstəxanaları tərk edirlər
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› Rusiya Dövlət Dumasına seçkilərlə bağlı ilkin məlumat
Son xəbərlər
Bütün xəbərlər »