Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda qəribə hadisə: Ginekoloq kişilərin üzünə baxıb "narkoman" diaqnozu qoyub - Foto
Azərbaycanda qəribə hadisə: Ginekoloq kişilərin üzünə baxıb "narkoman" diaqnozu qoyub - Foto

Salyan rayonunun bir qrup sakini “Salyan OİL LTD” şirkətindən bizimyol.info-ya şikayət ünvanlayıb. Salyan rayonunun Kərimbəyli kəndində yerləşən “Salyan OİL LTD” şirkətinin keçm iş əməkdaşları 36 nəfər zərərçəkmiş şəxs bildiri ki, şirkətin rəhbərliyi onları işdən çıxarıb, səbəb isə saxta həkim və saxta MTN işçisinin qoymuş olduğu narkomaniya diaqnozudur.

“Rəhbərlik bizi çağırdı ki, könüllü şəkildə işdən çıxaq. Razılaşmadıq, dedi ki hamınız narkomansınız. Elə bu adla işdən çıxsanız bir daha iş tapmayacaqsınız. İşçilərdən rəhbərliyin təşəbbüsü ilə “Səhhət” klinikasının əməkdaşları analiz götürüblər.Səhhət klinikasının əməkdaşı adı ilə daxil olmuş Səidə Əlixanova (əslində ginekoloqdur) və əməyin mühafizəsi üzrə mühəndiz İlkin Əsədov sadəcə işçilərin üzlərinə baxmaqla narkoman olduqlarını müəyyən ediblər. Ginekoloq psixoloq, mühəndis isə mayor kimi işçilərə təqdim edilib. Bunu edən də şirkətin kadrlar şöbəsinin rəhbəri Sadıq müəllim edib. Yoxlama zamanı heç bir kamera çəkilişi olmayıb.

Bir həftə sonra həmin Səhhət klinikasında sərbəst analiz verən həmin şəxslərin tezstləri neqativ çıxıb. Lakin şirkət yenə bu nəticələrlə qane olmayıb,işçilərə bildirblər ki, “Azərbaycanda qanunların necə işlədiyini bilirik, bu kağızları saxta yolla əldə etmisiz”. İşdən çıxarılanlardan biri deyir ki, 7 baş külfət sahibidir, I Qarabağ müharibəsi iştiraksıçıdır, bununla belə ona bildirilib ki, I müharibədə iştirak sayılmır.

Əməkçilər deyirlər ki, daha sonra narkalojı dispenser də vətəndaşların qanının təmiz olması haqda rəy verib, lakin şirkət əsl narkomanları işdə saxlasa da onları işə qəbul etməyib.

Ginekoloq Səidə Əlixanova və əməyin mühafizəsi üzrə mühəndiz İlkin Əsədov

Bu hadisədə maraqlı məqam odur ki, şirkətin “Səhhət ” klinikasindan dəvət etdiyi “ekspert” ginekoloq işçilərin sadəcə üzlərinə baxmaqla narkoman olduqlarını necə anlayıb? Ümumiyyətlə klinikanın işçilərinin saxta şəkildə təqdimatı özü bir cinayətdir, insanları saxta narkoman çıxarmaq ikinci cinayət, işdən qanunsuz şəkildə atmaq üçüncü cinayət.

Etdiyimiz bütün zənglərə şirkətdən cavab verilmədi, daha doğrusu danışmaq istəmədilər. Səhhət klinikası da eyni şəkildə. Lakin bu məsələni araşdırmağa davam edəcəyik.

Klinika və şirkət rəhbərliyinə isə demək istərdik ki, edilən zənglərə cavab verməmək sizin haqsızlığınızı qabardır. Bəlkə siz haqlısınız, haqqınızı müdafiə edəcəyik. Niyə qaçırsınız?

İlhamə

Paylaş »
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› "Yuxarı Qarabağda əhali Rusiyanın girovluğundadır"
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ÜST: Həkimlər və tibb bacıları xəstəxanaları tərk edirlər
››› Rusiya Dövlət Dumasına seçkilərlə bağlı ilkin məlumat
››› Respublika Klinik Uroloji Xəstəxanasına yeni direktor təyin olunub
Son xəbərlər
Bütün xəbərlər »