Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avqustun 6-na olan hava proqnozu
Avqustun 6-na olan hava proqnozu

Avqustun 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Bizimyol.info xəbər verir ki, ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 24-27° isti, gündüz 34-39°, bəzi yerlərdə 40° isti, Bakıda gecə 25-27° isti, gündüz 37-39° isti olacaq.

Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 %, gündüz 25-30 % olacaq.

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 36-41°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacaq.

Abşeron çimərliklərində şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 26-27°, Türkan, Hövsan, Sahil, Şıx çimərliklərində 27-28° isti olacaq.

Avqustun 6-da Abşeron yarımadasında isti hava şəraiti fonunda zəif küləklərin üstünlüyü və günün bəzi saatlarında havada yaranan durğunluq meteohəssas insanlar üçün əlverişsizdir.

Paylaş »
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› "Yuxarı Qarabağda əhali Rusiyanın girovluğundadır"
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ÜST: Həkimlər və tibb bacıları xəstəxanaları tərk edirlər
››› Rusiya Dövlət Dumasına seçkilərlə bağlı ilkin məlumat
››› Respublika Klinik Uroloji Xəstəxanasına yeni direktor təyin olunub
Son xəbərlər
Bütün xəbərlər »