Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanla sərhəddə... İran səyləri
Ermənistanla sərhəddə... İran səyləri

İranın İrəvandakı səfiri Abbas Bədəxşan Zohuri Azərbaycanla Ermənistanın sərhəddində zühur edib. Yanında da hərbi attaşesi Bəhmən Sadegin. Ermənilərin “Qeqarkunik” dedikləri bölgənin “Verin Şorja” adlandırılmış kəndə. “Dedikləri”, “adlandıqdıqları” ifadələrini ona görə işlədirik ki, o yerlərin gerçək adları var; türk toponimləri. Təbii, bu, İran səfirini maraqlandırmaz. Ona maraqlı olan erməni general Arutyunyanın müşaiyətilə şəhadət barmağını uzadıb baxdığı postlarımızdır.

İranlı səfir Azərbaycanla Ermənistan arasındakı “sərhəd mübahisələrindən narahat olduğunu” olduğunu deyib və mübahisələrin sülh yolu ilə həllinin vacibliyini vurğulayıb. Həlak olan erməni əsgərlərinin ailələrinə başsağlığı verib. Deyib ki, İran bölgədə sabitliyin bərqərar olması üçün səy göstərməyə hazırdır.

Deyəcəksiniz ki, bu “sülh göyərçini” indiyədək haralarda uçurdu?!

Budur, İran öz səfirini Azərbaycanla sərhədə göndərib, bizim üçün də, yəqin ki, təzə fətva “qablaşdırırlar”.

“Gavur” Fransa kimi, “Şeytan” dediyi Amerika Birləşmiş Ştatları kimi İran da Azərbaycanla sərhəddə səfir göndərir, Ermənistanın haqlı olması görüntüsünnü yaratmaq üçün militarist kameralara diplomatik poz verir. Başsağlığıymış! Başını salamat saxlamaq istəyən qonşunun evinə başını soxmazdı. Mübahisəymiş!

Nə mühahisə-mübahisə salmısınız?! Azərbaycanla Ermənistanın sərhədi çoxdan bizə də, qarşı tərəfə də bəllidir; şağdaş elektron təyinetmə sistemləri var. Koordunatları təyin edirlər. Bütün sərhədboyu ermənilər ərazilərimizə giriblər. İndi elektron cihazlar, kosmik sistemlər o xətləri təyin edir; harda, nə qədər içəri giriblərsə, o qədər də çıxarıb yerlərinə oturduruq. Burda hansı mübahisədən söhbət gedir?!

Necə olur ki, Ermənistan gəlib İranla sərhəddimizin 120 kilometrliyk zolağını işğal edəndə Tehranda bundan “narahat” olmadılar, biz öz sərhədlərimizi bərpa edəndə - Füzuli, Cəbrayıl, Zəngilan rayonlarını özümüzə qaytaranda Arazın o tayı boyu İran qoşunları yerləşdirilirdi. “Ermənistanın ərazi bütövlüyü qırmızı xəttimizdir” dedilər. Həm də qırmızı-qırmızı! Olsun. Ordan qırmızı xətt keçirdiniz də, bizi: “İslam torpağı” deyə “yaşıl zonaya” atdınız da, bəs harda qaldı Azərbaycanın ərazi bütövlüyü?! Necə olur ki, bir ölkəyə münasibətdə beynəlxalq hüquq prinsipini 30 il müddətində unudursunuz, o birisinə münasibətdə tezbazar xatırladınız?! Bizim media da haqlı olaraq soruşur ki, İranın son 30 ilə yaxın müddətdə Azərbaycandakı diplomatları nə zaman gəlib Horadizdən Füzuliyə baxdı? Yaxud Ağdamdan Xocalıya nə zaman barmaq uzadıb soyqırımı adı ilə çağırdı; ermənilərin qırdığı adamlara görə başsağlığı verdimi?! Yox!

Rusiya hərbi kəşfiyyatı 1993-ün iyununda Gəncədə qiyam təşkil edəndə, İran diplomatik nümayəndəliyi qaça-qaça gedib Surət Hüseynova Quran kitabı bağışladı ( o adama ki, kitab deyilən şeyi  axırıncı dəfə orta məktəbin orta siniflərində görmüşdü). Həmin o İran sevdalısı “Şeyximiz” də qiyamı yatırarkən əsir düşmüş əsgərimizə tüpürərərk: “Ermənisifətlər” demişdi. Söhbət Azərbaycanın daxili işlərinə qarışmağa gələndə həvəslə durub qaçdılar qiyamçının qabağına. Ancaq Azərbaycan işğala məruz qalanda tükləri də tərpənmədi.  O illərdə binokl yox idi?! Var idi. Elə gecəgörmə cihazları da. Gündüz erməni snayperindən qorxurdularsa, gecə baxaydılar...

Deyir, mübahisələri həll etmək üçün İran səy göstərməyə hazırdır. Burda “səy” felini sifət olaraq geri söyləmək olar da, nə isə. Sadəcə... Axırıncı dəfə 1992-ci ilin mayında İran SƏY GÖSTƏRƏNDƏ Şuşa işğal olunmuşdu...

Əlavə şərhə ehtiyac var?!

bizimyol.info

Paylaş »
››› İcra başçısının bacısı oğlu həbsdən buraxıldı
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› İki polis zabiti narkotikə görə həbs edilib
››› Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana gətirilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “Artıq Dağlıq Qarabağ yoxdur, Azərbaycan var, başa düşdüz?!..” - Video
››› Məhkəmə Robert Koçaryanı Moskvaya buraxmadı
Son xəbərlər
Bütün xəbərlər »