Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağsuda dağlıq ərazidə yanğın olub
Ağsuda dağlıq ərazidə yanğın olub

Ağsu rayonundakı Gəgəli kəndinin “El yeri” adlanan dağlıq ərazisində yanğın baş verib.

Bizimyol.info xəbər verir ki, hadisə ötən gün saat 22:30 radələrində kol-kosluq ərazidə başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Ağsu, Şamaxı və İsmayıllı yanğından mühafizə hissələrindən 5 yanğınsöndürən maşın və xeyli canlı qüvvə cəlb olunub.

Hazırda yolsuzluq və çətin relyef şəraitində getdikcə yayılan yanğının söndürülməsi üçün gərgin mübarizə aparılır. Əsas diqqət yanğının dağlardakı meşəlik ərazilərə keçmədən söndürülməsinə yönəlib.

Qeyd edək ki, yanğınla mübarizəyə mülki vətəndaşlar da dəstək verir.

Son xəbərlər
Bütün xəbərlər »