Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türk müğənni yanğınlar üçün helikopter kirayələdi
Türk müğənni yanğınlar üçün helikopter kirayələdi

AHBAP-ın qurucusu, müğənni Haluk Levent, Türkiyənin bir çox bölgəsində günlərdir davam edən meşə yanğınlarına havadan müdaxilə üçün helikopter kirayələyib.

Bizimyol.info xəbər verir ki, günlərdir yanğın bölgəsində olan müğənni Haluk Levent, “twitter” hesabından açıqlama verərək bildirib ki, helikopteri Qazaxıstandan kirayəyə götürüblər. Götürdükləri helikopter Meşə Müdirliyi qrupları ilə koordinasiyada çalışacaq.

Levent paylaşımı vasitəsi ilə bütün türk xalqına da səslənib və bildirib ki, Türkiyədəki şirkətlər, qurumlar, dərnəklər və ya fərdlər ölkəmizə dəstək məqsədi ilə təyyarə, helikopter kirayəyə götürə bilərlər.

Bunun ardınca isə paylaşıma şərhlər gələrək onun dövlətlə müqayisə etməyə başlayıblar. Müğənni isə bir daha bildirib ki, dövlət qurumları ilə koordinasiyada olmasaydılar bunu edə bilməzdilər.

Hazırladı: Leyla

Son xəbərlər
Bütün xəbərlər »