Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynada dövlət binasına qumbara ilə hücum
Ukraynada dövlət binasına qumbara ilə hücum

Ukraynada bombalı basqın baş verib.

Bizimyol.info xəbər verir ki, Ukraynanın paytaxtı Kiyev şəhərində bir nəfər əl qumbarası ilə Nazirlər Şurasının binasına basqın edib. Bunu görən ətrafdakı insanlar qumbaralı şəxsi sakitləşdirmək üçün "sakit olun, hər şeyin bir həlli var" deyə səslənsələr də, naməlum şəxs "heç nə həll olunmur" deyə onlara cavab verib.

Daha sonra qumbara ilə basqın edən şəxs polis tərəfindən nəzarətə götürülüb.

Ukrayna mediasının yaydığı məlumata görə, həmin şəxs müharibə veteranıdır və bu addımı nə üçün atdığı hələ ki məlum deyil.

Qeyd edək ki, polis tərəfindən saxlanılan şəxsin dindirilməsi davam edir.

Hazırladı: Leyla

Son xəbərlər
Bütün xəbərlər »