Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə kəşf olunmuş yanğın bombası nədən istifadə olunmur? - Foto
Türkiyədə kəşf olunmuş yanğın bombası nədən istifadə olunmur? - Foto

Ötən il Malatya İnönü Universitetinin Mühəndislik fakultəsində oxuyan Murat Topdaş tarixi bir kəşfə imza atıb. O yanğınların söndürülməsi üçün bomba hazırlayıb.Yanğınsöndürücü qaz tərkibli bomba 180 kiloqram ağırlığındadır və NATO standartlarında hazırlanıb. Toptaş bu bombanın 100-dən çox ölkəyə ixracatının mümkün olduğunu düşünür.

Murat Toptaş Malatya Akçadağ rayonunda yerləşən Qırıcı Təyyarə bazasının komandanlığı və Meşə Bölgə İdarəsinin dəstəyini alaraq bu bombanı hazırlaya bilib. Bombanı F-4, F-16 savaş təyyarələrində, eləcə də helikopterlərdə istifadə etmək olacaq. Müəyyən bir yüksəklikdə partlayan bomba yanğın zonasının hava ilə təmasını kəsərək, alovların sönməsini təmin edəcək. Hələlik bu şəkildə hazırlanmış ikinci bir bomba və ya məhsul olmadığına görə, milli məhsul patenti də Murada aiddir. Murat Toptaş öz kəşfini ötən il TÜBİTAK tərəfindən Ərzurumda açılmış sərgidə nümayiş etdirib və maraq qazanıb.Bu günə qədər təyyarələrdən daşınan su və ya təzyiqli qaz vasitəsilə yanğınlara müdaxilə edildiyini deyən gənc mühəndis qeyd edib ki, bombanın hazırlanması 1 il çəkib.

“Proqram tərtibatı da 3 ay zaman alıb. O bu bombanı hazırlayarkən Çanakkale zəfərindəki top mərmilərindən ilhamlandığını söyləyib. Bomba yüzdə 90 yerli məhsuldur. İçindəki maddə də Türkiyədə hazırlanıb.450 dərəcyə çatan yanğını 10 saniyədə 24 dərəcəyə salır “,- deyə o bildirib.

Yanğınsöndürmə bombası

Ötən il hazırlanmış bu bombanın nə üçün bu ilki güclü yanğınlarda tətbiq edilməməsi barədə suallar sosial şəbəkələrdə dəfələrlə verildiyi üçün Murat Topdaş məsələyə aydınlıq gətirib. O qeyd edib ki, bomba hələlik kütləvi istehsala başlanılmayıb. “Bombamız hələ istehsal olunmayıb, anbarlarda yoxdur deyə bu ilki yanğınlarda istifadə olunmadı. Lakin istehsalı üçün dəstək verməyə hazırıq” deyə o bildirib.

Hazırladı: İlhamə

Son xəbərlər
Bütün xəbərlər »