Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Narkotik maddəni satan da, alan da tutulub
Narkotik maddəni satan da, alan da tutulub

Gəncə şəhərində narkotik maddəni satan və alan şəxslər saxlanılıb.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Nizami rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, Göygöl rayon sakini Camal Həmzəyev Gəncə şəhərində saxlanılaraq polis idarəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitəni Orxan adlı şəxsdən aldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Orxan Abdullayev saxlanılan zaman onun üzərindən narkotik maddə olan “patı” aşkar edilərək götürülüb.

Sonuncunun yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman isə oradan “metamfetamin” və “tiryək” aşkar edilib.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş »
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› "Yuxarı Qarabağda əhali Rusiyanın girovluğundadır"
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ÜST: Həkimlər və tibb bacıları xəstəxanaları tərk edirlər
››› Rusiya Dövlət Dumasına seçkilərlə bağlı ilkin məlumat
››› Respublika Klinik Uroloji Xəstəxanasına yeni direktor təyin olunub
Son xəbərlər
Bütün xəbərlər »