Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşhur aktrisanın beynində şiş tapıldı
Məşhur aktrisanın beynində şiş tapıldı

Məşhur türk aktrisasının beynində şiş aşkarlandı.

Bizimyol.info xəbər verir ki, türk aktrisası Hülya Duyar komediyaçı Cem Yılmazla bilikdə reklam çəkilişində olan zaman huşunu itirib və dostlarının köməkliyi ilə xəstəxanaya aparılıb.

Özünü yaxşı hiss edən aktrisa, yorğunluq səbəbi ilə bunların baş verdiyini düşünüb və tətilə yollanıb.  Aktrisa bu dəfə də tətildə olan zaman huşunu itirib. İlk yoxlamalar zamanı 51 yaşlı aktrisanın beynində şiş aşkarlanıb.

Əməliyyat olunacağı gözlənilən Duyar, xəstəliyin necə ortaya çıxdığını və son vəziyyətini barədə açıqlama verən zaman bildirib ki, “şanslı olsam, çərşənbə günü əməliyyat olunacam”.

Qeyd edək ki, Hülya Duyar bir çox türk filmlərində oynayıb. Sonuncu olaraq isə “Doğduğun ev kaderindir” serialında yer alıb və obrazı ilə hamının sevimlisinə çevrilib.

Hazırladı: Leyla

Son xəbərlər
Bütün xəbərlər »