Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransada yeni şəxsiyyət vəsiqəsi qəzəbi: “Makron Fransanı alçaltdı”
Fransada yeni şəxsiyyət vəsiqəsi qəzəbi: “Makron Fransanı alçaltdı”

Fransada yeni şəxsiyyət vəsiqələri ölkə siyasətini qarışdırıb.

Bizimyol.info xəbər verir ki, Makron hökumətinin verdiyi yeni şəxsiyyət vəsiqələrindəki sözlərin fransız və ingilis dilində olması millətçiləri qəzəbləndirib.

Fransada ilk dəfə 1921-ci ildə istifadə edilən və polis tərəfindən cinayətkarların təqib edilməsində kritik rol oynayan şəxsiyyət vəsiqələrində soyad və milliyyət kimi bölmələrin həm fransızca, həm də ingiliscə tərcümələri olacaq. Avropa Birliyinin yeni formatına uyğun olaraq, ikidilli detalların olacağı vəsiqələrin digər ölkələr tərəfindən də tətbiq ediləcəyi gözlənilir.

Fransanın aparıcı qəzetlərindən olan “Le Figaro” üçün bir məqalə yazan sosioloq Mathieu Bock-Cote, Makronu Fransız kimliyinin əsaslarını tərk etməkdə günahlandırıb.

Bock-Cote bildirib ki, İngiltərənin Avropa Birliyindən ayrılmasına baxmayaraq Makronun bu addımı atması Fransanı kiçik bir ölkə halına saldığını və belə davam edərsə, franssız dilinin yox olmağa məhkum olacağını göstərir.

Hazırladı: Leyla

Son xəbərlər
Bütün xəbərlər »