Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Canlı yayım zamanı alovlar içərisindən çıxan kişi danışdı: Ölməyi seçdim
Canlı yayım zamanı alovlar içərisindən çıxan kişi danışdı: Ölməyi seçdim

Marmarisdə bir televiziya kanalının canlı yayımı zamanı alovlar içərisindən çıxaraq kameraya doğru gələn vətəndaşın görüntüləri böyük səs -küyə səbəb olub.

Bizimyol.info xəbər verir ki, türk mediası sonradan həmin vətəndaşı tapıb və reportaj hazırlayıb.

Məlum olub ki, Marmarisdə baş verən meşə yanğınları zamanı qaçmağa çalışan və televiziyanın canlı yayımına tuş gələn şəxs 81 yaşlı Ziya Coşqun olub.

Ziya Coşkun həmin anda nələr yaşadığını, hansı hissləri keçirdiyini danışmağa çalışan zaman göz yaşlarını saxlaya bilməyib və bildirib ki, yanğın başlayan andan etibarən həmin bölgəyə gedib, çanla-başla çalışıb.

“Vətənimi xilas etmək üçün həmin bölgəyə getmişdim. Bir ağac belə xilas edə bilsəydim, mənim üçün xoşbəxtlik olardı”,-deyə bildirib.

Yaşlı adam yanğının ortasında necə qaldığından danışan zaman bildirib ki, birdən-birə hər iki tərəfdən alovlar onu sıxışdırıb.

"Ölməyi seçdim, əllərim və ayaqlarım kəsildi. Taqətim qalmamışdı. Alovlarn təsirindən köynəyim bədənimə yapışmışdı. Nə qədər çalışsam da onu əynimdən çıxarda bilmirdim.  2 nəfər gəldi və məni sürüyərək çıxardılar oradan. Sağ qalacağımı heç düşünmürdüm.

Övladım kimi baxıb, böyütdüyüm ağaclarım məhv oldu. Onlar öldükcə mən də öldüm ",-deyə bildirib.

Hazırladı:Leyla

Son xəbərlər
Bütün xəbərlər »