Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
FED: "Hazırda faiz dərəcəsinin artırılması gündəmdə deyil"
FED: "Hazırda faiz dərəcəsinin artırılması gündəmdə deyil"

ABŞ Federal Ehtiyatlar Sistemi (FED) tərəfindən təməl faiz dərəcəsinin artırılması 2022-ci ilin sonuna yaxın gündəmə gələcək.

“Report” xəbər verir ki, bu barədə Vaşinqtonda yerləşən Beynəlxalq İqtisadiyyat üzrə Piterson İnstitutu tərəfindən keçirilən videokonfransda FED sədr müavini Riçard Klarida bildirib.

FED-in ehtimalına görə, gələn ilin sonunda ölkənin əmək bazarında ən yüksək məşğulluq səviyyəsi olacaq, inflyasiya isə 2 faiz səviyyəsində qeydə alınacaq. 2023-cü ilin sonunda isə faiz dərəcəsinin ikiqat artırılacağı gözlənilir.

Qeyd edək ki, cari ilin birinci rübündə ABŞ-da ÜDM illik 6,3 faiz, ikinci rübündə isə 6,5 faiz artıb. İyulun sonunda təməl faiz dərəcəsi 0-0,25 səviyyəsində saxlanılıb.

Son xəbərlər
Bütün xəbərlər »