Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Emin Əmrullayev: "Məktəblərdə dərs saatı az olan müəllimlərin sayı çoxdur"
Emin Əmrullayev: "Məktəblərdə dərs saatı az olan müəllimlərin sayı çoxdur"

“Süni şəkildə müəllimlərin dərs saatını aşağı salmaqla çox sayda müəllim işə götürməyin tərəfdarı deyilik”.

“Report” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, ölkədə fəaliyyət göstərən məktəblərdə az dərs saatı olan müəllimlərin sayı çoxdur.

O qeyd edib ki, müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsi üzrə keçirilən imtahanlarda namizədlərə verilən vaxt məsələsinə baxılması gündəmdə deyil: “Yenə də araşdırma apararıq və ehtiyac olarsa bəzi fənnlər üzrə nəsə etmək olar. Test tapşırıqlarının çətinliyi məsələsi ibtidai sinif, riyaziyyat və ingilis dili fənnləri üzrə müəllimlərin işə qəbulu ehtimalına təsir etməyib və ya etmir”.

E.Əmrullayev vurğulayıb ki, əsas məsələ digər namizədlərlə müqayisədə nə qədər bal toplanmasıdır: “Sıralamada digər namizədlərdən üstünsünüzsə, o zaman işə qəbul şansınız daha çox olur”.

Son xəbərlər
Bütün xəbərlər »