Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşhur müğənni Della Mayls Qarabağa aid mahnı oxudu - Video
Məşhur müğənni Della Mayls Qarabağa aid mahnı oxudu - Video

Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunda məşhur müğənni Della Maylsın ifa etdiyi "Çox illər əvvəl" mahnısına çəkilmiş klipin təqdimatı keçirildi. Mahnının musiqisi də Della Maylsa aiddir.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev bu klip haqqında məlumat verdi və bildirdi ki, bu, rəhbərlik etdiyi Fondla bərabər Mədəniyyət Nazirliyinin də dəstəyi ilə ərsəyə gəlib. O, əməkdar artist Qoçaq Əsgərovun da Della Maylsla birlikdə layihə üzərində işlədiyini deyib, xanəndənin Azərbaycan musiqisini dünyada təbliğ etməsindən geniş danışdı.

Əməkdar artist, tanınmış xanəndə Qoçaq Əsgərov dedi ki, Della Mayls hər zaman Qarabağın Azərbaycana məxsusluğunu öz çıxışlarında bildirirdi. Qoçaq Əsgərov, Della Maylsın Maykl Cekson, Vitni Hyuston kimi dünya şöhrətli ulduzlarla əməkdaşlıq etdiyini qeyd edib.

Della Mayls öz çıxışında dedi ki, o, həmişə məzlumların yanında olmağa çalışır:

"İrqindən, dinindən, milliyyətindən asılı olmayaraq həmişə haqlının yanında olmağı seçirəm. Bu, mənə mənəvi rahatlıq verir".

Daha sonra klipin nümayişi oldu. Della Maylsın ifasında mahnı Qarabağın işğalı, insanların qaçqın, köçkün düşməsi, uşaqların öz ata-atalarını itirməsi, daha sonra İkinci Qarabağ savaşı, qazanılan qələbələr haqda kadrlarla müşaiyət olunur. Della Mayls bu savaşlarda Azərbaycanın əvvəlcə məğlub, sonra qalib olduğunu mahnısında vurğulayır, hər iki savaşda da haqlı olduğunu musiqinin dili ilə ifadə edir.

Klipin nümayişindən sonra əslən Qarabağdan olan jurnalistlər - Yazıçılar Birliyinin sədr müavini, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, "Bizim Yol" MMC-nin Baş direktoru Bahəddin Həziyev çıxış edərək layihə ilə bağlı öz fikirlərini və təşəkkürlərini bildirdilər.

Bəstəkarlar İttifaqının üzvü Tural Məmmədli Della Maylsla Qoçaq Əsgərovun birlikdə yeni mahnı üzərində işlədiyini dedi. Mahnının sözləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya aiddir. Della Maylsın və Qoçaq Əsgərovun həmin mahnıdan bir hissəni canlı ifa etməsi tədbir iştirakçılarının alqışları ilə qarşılandı.

Bizimyol.info mahnının bəstəkarlarından biri olan Turqay Evrenin paylaşdığı klibi təqdim edir:

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »