Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Dedi ki, qızımla səni çox sevirəm, balam sənə əmanət"
"Dedi ki, qızımla səni çox sevirəm, balam sənə əmanət"

İkinci Qarabağ müharibəsi minlərlə ananı, minlərlə gəlini gözüyaşlı qoydu. Sevənlər sevdiklərini itirdi, analar oğullarını. Minlərlə gəlin üçün gənc yaşında həyat dayandı. Eləcə də şəhid Nahid Ağalarovun həyat yoldaşı Tinatin xanım üçün...

Şəhid Ağalarov Nahid Musa oğlu 1983-cü il dekabrın 14-də Goranboy rayonu Xan Qərvənd kəndində anadan olub. Hərbi xidmətini 2002-2003-cü illərdə başa vuran Nahid 2014-cü ildən yenidən ordu sıralarına yollanır. Şəhidin xanımı Bizimyol.info saytına bildirib ki, şəhidimiz Müdafiə Nazirliyinin "N" saylı Hərbi hisəsində MAXE vəzifəsində xidmət edirdi:

“Vətən müharibəsi başladığı andan isə ön cəbhədə Vətənin ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə canla-başla vuruşaraq 23 noyabr 2020-ci il tarixində Şuşa yolunda minaya düşərək şəhidlik zirvəsinə ucalıb”.

Şəhid Ağalarov Nahid Musa oğlu Şəhid Ağalarov Nahid Musa oğlu

Nahid öz xalası qızı ilə sevərək, ailə həyatı qurub. Tinatin xanım, həmin dövrü belə xatırlayır:

“Nahid xalamoğludur. 2016-cı ildə mayın 9-u mənə qarşı istəyini bildirmişdi. 2016-ci ildə iyunun 18-i isə ilk görüşümüz oldu, mənə sevgisini etiraf etdi. 2016-cı ildə oktyabrın 2-də hərimiz, 2017-ci ildə yanvarın 3-də nişanımız olub. Bir neçə ay sonra 2018-ci ildə martn 11-də ailə qurduq. Çox qayğıkeş həyat yoldaşı idi. Yüz il də bundan sonra yaşasam onun qayğısı mənim bəsimdir. 2018-ci ilin noyabr ayında qızımız Zəhra dünyaya gəldi. Valideyn olduğumuz üçün çox sevinirdik. Nahid deyirdi ki, “Zəhra balamı böyüdəcəyəm, əlindən tutub, məktəbə aparacağam, oxudacağam, işə qoyacağam. Nahid hərbçi idi və İkinci Qarabağ müharibəsinə qatılan zaman Zəhra balamıza olan arzularını mənə tapşırıb getdi. Dedi torpaqlarımızı düşmən tapdağından azad edəcəyəm və etdi”....

Tinatin xanm Nahidi sonuncu dəfə noyabrın 10-da görür:

“Noyabrın 10-u getdi və gəlmədi. Sonuncu dəfə noyabrın 23-də danışdıq. Dedi ki, qızımla səni çox sevirəm. Özünüzə yaxşı baxın. Balam sənə əmanət. Sonra şəhid xəbərini aldıq. Atam-anam məni aldadıb apardı ki, Nahid yaralanıb. Rayonda dəfn etdik. Və o gedəndən mən də öldüm. Gözüm hər yerdə onu axtarır. Həyat onsuz necə davam edəcək, bilmirəm. Bir yoldur, gedirəm”....

İlahin, Bizimyol.info

Paylaş »
››› Məktəblərin rus bölməsinə axının səbəbi nədir: “Peşman olacaqlar”
››› “Rusiya generalı Azərbaycan kəndində Ermənistan bayrağı qaldırmağımızı istədi” – Avanesyan
››› Dahilərin evlilik barədə deyimləri: “Hər qadının həyatında iki vacib kişi var...”
››› Baltikyanı ölkədən Çin telefonları haqda xəbərdarlıq: “Zibil qutusuna atın”
››› “Ərdoğanla görüş və Əliyevlə dialoq istəyən adam “iki erməni dövləti” ifadəsini işlətməz”
››› “Batum xəlvəti”nin sırləri
››› 22 milyonluq yeyintidə ittiham olunan “Şöhrət” ordenli Muradov məhkəməyə nə vaxt çıxarılır
Son xəbərlər
Bütün xəbərlər »