ABŞ -ın paytaxtı Vaşinqtonda Müdafiə Nazirliyi yaxınlığındakı “Pentagon Transit Center”ə silahlı hücum edilib, su səbəblə də Pentaqona giriş və çıxış bağlanılıb.
Bizimyol.info xəbər verir ki, ABŞ mətbuatının yaydığı məlumata görə, hücum “Pentagon Transit Center”in avtobus platformasında baş verib. Silahlı hücum nəticəsində bir nəfər polis əməkdaşı həyatını itirib. Şübhəli isə Pentaqon binasına girəyə çalışsa da, vurularaq öldürülüb.
Pentaqon rəsmisi verdiyi açıqlamada, müdafiə naziri Lloyd Austin və Baş qərargah rəisi general Mark Milleyin hücum zamanı Pentaqonda olmadıqlarını və Ağ evdə prezident Co Baydenlə əvvəlcədən planlaşdırılmış bir görüşdə olduqlarını söyləyib.
Hazırladı: Leyla