Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtaliyada meşə yanğınları davam edir
İtaliyada meşə yanğınları davam edir

Keçən həftədən bəri İtaliyanın müxtəlif bölgələrində baş verən meşə yanğınları ilə mübarizə hələ də davam edir.

Bizimyol.info xəbər verir ki, Abruzzo bölgəsində başlayan yanğın bölgədə çaxnaşmaya səbəb olub.

Meşə sahəsi yanğın nəticəsində tamamilə yanıb. İnsanlar yaxınlıqdakı istirahət məkanlarından təxliyyə ediliblər. 30 nəfər isə tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Sardunya adasında aktiv şəkildə davam edən yanğınlarda indiyədək 1500 adamın təxliyə edildiyi və 20 min hektardan çox ərazinin yandığı bildirilir. Yerli mətbuatın yazdığına görə, havanın isti keçməsi və güclü küləklər yanğını idarə etməni çətinləşdirir.

EFFIS -in 2021 -ci il hesabatına görə, İtaliyada indiyə qədər 298 meşə yanğını meydana gəlib və bu səbəbdən də 76 min 388 hektar ərazi yanıb.

Hazırladı: Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »