Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
130 milyard dollarlıq boşanma
130 milyard dollarlıq boşanma

ABŞ texnologiya nəhəngi, “Microsoft”un qurucusu Bill Gates və həyat yoldaşı Melinda Gatesin boşanma qərarı dünya medasının gündəminə bomba kimi düşdü.

Bizimyol.info xəbər verir ki, Gates cütlüyünün boşanma prosesi sona çatıb. May ayında məhkəməyə müraciət edən cütlük 27 illik evliliklərinə rəsmən son qoyublar.

Bill və Melinda Geytsin 130 milyard dollarlıq sərvəti necə paylaşacağı uzun müddət müzakirə olunsa da, cütlüyün bu mövzuda müqavilə imzaladığı bildirilib.

Əmlak paylaşımının detalları paylaşılmasa da, ABŞ mətbuatı Bill və Melinda Geytsin hər birinin bərabər 65 milyard dollar pay aldığını iddia edir.

Melindanın boşanmasına baxmayaraq Gates soyadını istifadə etməyə davam edəcəyi və cütlüyün birlikdə qurduqları Bill və Melinda Gates fondunda çalışmağa davam edəcəyi söylənilir.

Hazırladı: Leyla

 

Son xəbərlər
Bütün xəbərlər »