Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Kosmetik vasitələrdən az istifadə etməyə çalışmaq lazımdır"
"Kosmetik vasitələrdən az istifadə etməyə çalışmaq lazımdır"

"Kosmetik vasitələrdən istifadə etmək dərini yaşlandırır, qırış salır."

Son zamanlar nə qədər acınacaqlı olsa da, qızlar çox erkən yaşlarda bu vasitələrdən istifadə etməyə başlayır. Yeniyetməlik dövründə yaranan sızanaqların örtülməsi üçün istifadə edilən tonal kremlər gözənəkləri bağlayaraq problemi daha da dərinləşdirir.

Kosmetoloq Səadət Mustafayeva Bizimyol.info saytına açıqlamasında bildirib ki, erkən yaşlarda kosmetik vasitələrdən istifadə etmək demək olar ki, son dövrlərin probleminə çevrilib. Yeniyetmə qızların sızanaqlarını gizlətməsi üçün hər gün tonal krem istifadə etməsi sonralar onların üz dərisində böyük fəsadlara səbəb olur. Halbuki, bu problemin qarşısını vaxtında almaq mümkündür. Ancaq tonal kremlərin daimi istifadəsi gecikmiş akne və post akne çapıqların yaranmasına səbəb olur.

Kosmetoloq Səadət Mustafayeva Kosmetoloq Səadət Mustafayeva

"Ümumiyyətlə, gündəlik professional kosmetik vasitələrdən istifadə edən qadınların dərilərinə əks təsir göstərir. Dərinin PH-nı, yağ balansını pozur. Bəzi xanımlar kosmetik vasitələri gecə yatanda belə üzlərindən təmizləmir. Bu da daimi olaraq baş verdiyi zaman dəri qocalır, parlaqlığını, nəmliyini itirir. Qadınlar çalışmalıdır ki, uzun müddət professional kosmetikadan istifadə etməsin. Əgər buna məcburdurlarsa, axşamlar üzlərindən kosmetik vasitələri təmizləsinlər”.

Kosmetoloq deyir ki, dərinin qocalma sürətinin azalması üçün mütəmadi olaraq, müxtəlif müalicəvi prosedurlar həyta keçirməlidirlər. Buna isə mütəxəssislər qərar verməlidir.

Kosmetoloqun sözlərinə görə, bəzən qadınlar hesab edir ki, bahalı kosmetikalar dəriyə zərər vermir. Bu isə tamamilə səhv fikirdir. Bahalı kosmetik vasitələr professional kosmetik vasitələr hesab edilir və bu vasitələr dəriyə böyük zərər verir:

“Ümumiyyətlə, kosmetik vasitələrdən az istifadə etməyə çalışmaq lazımdır. Yəni, önəmli mərasimlərə gedəndə istifadə etmək olar. Gündəlik isə dəri təmiz qalsa daha yaxşıdır”...

S.Mustafayeva qeyd edib ki, saçlara düzgün qulluğun edilməməsi, fenləmək saçların tökülməsinə səbəb olur. Tökülmə varsa, intensiv müalicə aparılmalıdır. Tökülmə olmasa belə, 6 aydan bir saç diblərinə plazma terapiya və ya mezoterapiya edilməlidir:

“Saç tökülməsi problemi də cavanlaşıb. Artıq 15 yaşından sonra bu özünü biruzə verməyə başlayır. Düzgün qulluq edilməməsi, hər gün fendən istifadə etmək saçları məhv edir, tökülməsinə səbəb olur. Saçlarda problem müşahidə edilən zaman mütləq mütəxəsislərə müraciət etmək lazımdır.”

İlahin, Bizimyol.info

Paylaş »
››› Məktəblərin rus bölməsinə axının səbəbi nədir: “Peşman olacaqlar”
››› “Rusiya generalı Azərbaycan kəndində Ermənistan bayrağı qaldırmağımızı istədi” – Avanesyan
››› Dahilərin evlilik barədə deyimləri: “Hər qadının həyatında iki vacib kişi var...”
››› Baltikyanı ölkədən Çin telefonları haqda xəbərdarlıq: “Zibil qutusuna atın”
››› “Ərdoğanla görüş və Əliyevlə dialoq istəyən adam “iki erməni dövləti” ifadəsini işlətməz”
››› “Batum xəlvəti”nin sırləri
››› 22 milyonluq yeyintidə ittiham olunan “Şöhrət” ordenli Muradov məhkəməyə nə vaxt çıxarılır
Son xəbərlər
Bütün xəbərlər »