Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında

Azərbaycanın Xalq artisti, məşhur aktrisa və klinika rəhbəri Leyla Şıxlinskaya məhkəməyə verilib. O, vergi ödəməməyə görə hakim qarşısında cavab verməlidir.

Bizimyol.info xəbər verir ki, Leyla Şıxlinskaya külli miqdarda vergidən yayınmaqda ittiham olunur. Bu məhkəmə prosesində iddiaçı tərəf İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsidir. İddia tələbi isə Xalq artistinin ödəməkdən yayındığı iddia olunan vergi məbləğinin ödənilməsidir.

Leyla Şıxlinskaya ilə vergi orqanı arasındakı mübahisəyə Bakı Kommersiya Məhkəməsində baxılır. İşi hakim Kənan Hüseynov araşdırır.

Tərəflər arasında ilk məhkəmə iclası avqustun 8-də keçiriləcək.

Bu, Leyla Şıxlinskayanın adının hallandığı ilk qalmaqal deyil. Bundan əvvəl də Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aktrisanın rəhbərlik etdiyi Leyla Şıxlinskaya Klinikasının bir neçə milyon vergidən yayınmasıyla bağlı araşdırmalar gedirdi.

Bundan əlavə, Leyla Şıxlinskayanın şikayəti əsasında klinikanın bir neçə əməkdaşı cinayət məsuliyyətinə cəlb olunmuşdu. Onlar klinikada vəsait yeyintisində təqsirləndirilirdilər. Lakin onlar Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilərkən Şıxlinskayanın özünü günahlandırırdılar. Bildirirdilər ki, onun özü vergidən yayınmaq məqsədilə sənədlərdə maaşları daha aşağı göstərməyi tapşırmışdı, kartlara əməkhaqqının az hissəsi köçürülürdü, qalanı nağd şəkildə verilirdi və s.

Leyla Şıxlinskayanın məhkəməyə çağırılıb dindirilməsi haqda dəfələrlə vəsatət qaldırılsa da, aktrisa məhkəməyə gəlməkdən imtina etdi.

74 yaşlı aktrisa “Gün keçdi” filmində Əsmər, “Arşın mal alan”da Gülçöhrə, “Dədə Qorqud”da Banıçiçək kimi yaddaqalan obrazlar yaradıb.

Aktrisanln ad-soyadına uyğun “Leyla Şıxlinskaya Klinikası” 1999-cu ildə yaradılıb. Lakin 2019-cu ildən Leyla Medical Center kimi fəaliyyət göstərir. Aktrisanın klinikaya artıq rəhbərlik etmədiyi bildirilir.

Son xəbərlər
Bütün xəbərlər »