Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Etibar Mizəyev: "Ümid edirəm ki, qısa müddətdə Türkiyədəki yanğınları söndürəcəyik"
Etibar Mizəyev: "Ümid edirəm ki, qısa müddətdə Türkiyədəki yanğınları söndürəcəyik"

"Türkiyə bizə qardaş ölkədir. Biz yanğınların söndürülməsi üçün əlimizdən gələni edəcəyik. Ümid edirəm ki, qısa bir müddətdə Türkiyədəki yanğınları lokallaşdırıb söndürəcəyik".

Bu sözləri Azərbaycan fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev jurnalistlərə açıqlamasında deyib.

Nazir müavini qeyd edib ki, artıq 4 gündür FHN əməkdaşları və texnikaları yol gəlir: "Hər bir bölgədə bizim əməkdaşları qardaş kimi qarşılayırlar. Bizə hər zaman can deyən Türkiyəyə demək istəyirik ki, Can Azərbaycan onların yanındadır. Yaşasın Türkiyə Azərbaycan qardaşlığı və dostluğu".(apa)

Son xəbərlər
Bütün xəbərlər »