Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropanı piyada gəzmiş azərbaycanlı Türkiyəyə yardıma getdi - Foto
Avropanı piyada gəzmiş azərbaycanlı Türkiyəyə yardıma getdi - Foto

Bir müddət öncə dünyanın ekoloji problemlərinə diqqət çəkmək üçün Avropanı piyada səyahətə çıxması ilə tanınmış bloger Ağa Mehdi yanğınlarla çarpışan Türkiyəyə yardıma gedib. Öz təşəbbüsü və öz vəsaiti ilə. Deyir əlimdən nə gəlir onu edəcəm. Ağa xüsusən Antaliya və Manavqatda öz dəstəyini verəcək.

“Yanğının nəticələrinə görə insanların,heyvanların fəryadının göylərə ucaldığı bir məkandayam. Əlbəttə, mən odla rəftarı, davranışı bacaran biri deyiləm, hazırda bu işlə yanğınsöndürənlər məşğul olur.

Bəzən sadəcə insanın dəstək niyyəti ilə lazımı yerdə olması da insanlara böyük mənəvi yardımdır. Fəlakətdən zərər görənlərin yükünü daşımaq, su yardımı etmək, heyvanlara diqqət göstərmək də mümkündür. Əlimdən nə gəlirsə onu edirəm.Hazırda bir anbarda yükləri qablaşdırıb lazım olan yerlərə göndərməklə məşğulam. Yatmağa yer veriblər.

Ağa Mehdi Ağa Mehdi

Fikir və əməllərimdə kimsəni təmsil etmirəm, səhvlərimə görə özüm məsuliyyət daşıyıram”,- deyə Ağa qeyd edib. O bildirib ki, azərb aycanlı olduğunu bilən hər kəs ona xüsusi sevgi göstərir.

Ağa Mehdi inanır ki, əgər insanlar sizə ehtiyac duyursa bu Allahın lütfüdür və nemətdir, ona görə ehtiyac sahiblərini geri qaytarmaq günahdır.

“Bu gün Türkiyənin dostların yardımına ehtiyacı varsa mən orda olmalıyam”,- deyə o qeyd edib.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »