Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sevinclər ölməsin! - Boşanma həmişə fəlakət deyil
Sevinclər ölməsin! - Boşanma həmişə fəlakət deyil

Mart ayında əri tərəfindən zorakılığa məruz qalması ilə bağlı fotosu yayılan Sevinc Məhərrəmova dünən əri tərəfindən başı kəsilərək öldürülb.

Bakı şəhəri Xəzər rayon prokurorluğu bildirir ki, hadisə Zirə qəsəbəsində baş verib, qadının əri, 42 yaşlı Füzuli Qarayev arvadını qonşusu Röyal Hüseynovun evində öldürüb.

Füzuli Qarayev arvadının sığındığı qonşusu Röyal Hüseynovun evində olmasını bilib, Röyal Hüseynovu və onun yanında fəhlə işləyən Ramil Bəşirovu da bıçaqlayıb.

Bu hadisədə əlbəttə polisi duyarsızlıqda ittiham edənlər oldu, zamanında lazımi şəkildə fəaliyyət göstərmədiyinə görə polis qınandı. Lakin polisin məsələyə cavabı bu oldu ki, qadına yardım etmək istəyiblər, qadın özü uşaqlarının xatirinə ailəsini qorumaq qərarı verib. Məhz elə o uşaqların xatirinə vaxtında boşanmaq lazım idi. Onlar bəlkə də atasız böyüsələr daha xoşbəxt olacaqdılar, nəinki indi. Ömürlük ataya nifrət, ananı da başı kəsilən qadın kimi xatırlayacaqlar. Hələ onu demirəm ki, oğlan evi qadını namus məsələsində ittiham edəcək, namus üstündə öldürüldü deyəcək. Kişiyə də həbsə bu adla girmək sərf edir təbii ki.

Üstəlik hadisənin baş verdiyi ərazidə yaşayanların böyük əksəriyyəti kənd, rayon adamlarıdır. əksəriyyət bir – birini tanıyır.Elə yerdə dilə -dişə düşməkdənsə insanlar ölümü, damğa ləkəsini yumağı seçirlər. Çünki bunu cəmiyyət tələb edir.

Qəribəyik. Biri ölməsə, öldürülməsə rahatlanmırıq sanki. Halbuki o kişi arvadını yanına alıb hansısa kurorta gəzməyə getsə arxalarınca yüz söz danışırlar, birisi dönüb, “MaşAllah nə xoşbəxt görünürlər, nə yaxşı ki barışdılar” demir. Qadın ərini tərk edib gedirsə, geri dönsə kişi onu bağışlasa kimsə nə irəli düşüncəli adamdır, demir, əksəriyyətin reaksiyası bu sözlə ifadə olunur. “Biqeyrət”.

Bir geri düşüncəli cəmiyyətin sevinməsi üçün neçə-neçə sevinclər boğulmalı, başı kəsilməli, qurban edilməlidir. Kimlərinsə namus anlayışı doysun deyə qadınlar ölməlidir.

Öldürülən Sevinc

Millət olaraq ailə bağlarımız güclüdür. Ailəyə sadiqlik, ailə qavramının özünə hörmətimiz müqəddəslik dərəcəsində böyükdür. Elə buna görə də boşanmalardan söz düşəndə cin vurmuş kimi diksinirik. Lakin hamımızın etiqad etdiyi Allah evlənməyi halal, haqq buyurduğu kimi, boşanmanı da haqq verib. Ölənə qədər zülm çəkməyə razı oluruq, insan kimi yaşmağa yox. Bir yerdə alınmırsa alınmır. Sadəcə ayrıldıqdan sonra sivil şəkildə ünsiyyət qurmaq mədəniyyətinə yiyələnə bilməmişik ki, bilməmişik - boşadıqdan sonra da öldürülən qadınlar var. Kişi hər nə qədər ayrıldıqdan sonra evlənmək, həyatını yenidən qurmaq haqqına sahibdirsə , qadına da bu haqq verilib. XXI əsrdə hələ də bundan danışıb, bu fikri müdafiə ediriksə, bunu danışanlara da şübhə ilə, ürkə- ürkə baxırıq, arxasınca yüz söz qoşuruqsa başımız orta əsrlərdə qalıb deməkdir. Boşanmanın bir hamıya bəlli olan tərəfləri var, bir də cütlüklərin özlərinin bilib, hamıdan gizlətdikləri tərəf. Çox zaman elə bu gizli tərəf qadın ölümlərinin səbəbkarı olur. Bu o gizli məqamdır ki, qadın bu barədə ərinə danışamağa başladığı andan onun gözündə “pozğun” statusu alır.

Klinik psixoloq, seksopatoloq və trener Təhmasib Cavadzadə bu barədə danışarkən bizimyol.info-ya bildirdi ki, boşanan cütlüklər məhkəmələrə müraciət edərkən cinsi uyğunsuzluq ifadəsi işlətmir, bu barədə hətta yaxınlarına da danışmır,susurlar.

“Çox vaxt xasiyyət uyğunsuzluğu, baxımsızlıq, xəyanət deyirlər. Amma bunların hamısının kökündə cinsi uyğunsuzluq dayanır. Bir təfədən cütlüklər arasında cinsi uyğunsuzluq varsa ən münasib yol elə boşanmadır. Bəzən boşanmanı həddən artıq böyüdürlər. Maraqlıdır ki, biri subay olanda , evlənəndə ona əhəmiyyət vermirlər, amma boşanmaq istəyəndə hər kəs ağıl verməyə qalxır, işinə qarışır. Mən bir psixoloq kimi deyirəm, ailədə hər hansı bir problem zamanı heç bir həll yolu qalmadıqda boşanma ən məqsədəuyğun yoldur. Həyat insana bir dəfə verilir və onu sona kimi acı ilə yaşamağa məcbur deyilik2,- deyən həkim əlavə edir ki, evlənmək istəyən cütlüklər evlilikdən öncə sağlamlıq kağızı aldıqları kimi, gərək psixo-seksual konsultasiyadan da keçsinlər.

“Evlilikdə müəyyən şərtlər var. Birincisi şəxsiyyət uyğunluğudur, ikincisi cinsi uyğunluq. Evliliyin əsas şərtlərindən biri cinsi uyğunluqdur. Məhz cinsi uyğunluğun pozulması boşanmaların sayının artmasına səbəb olur.Bizim cəmiyyətdə belə bir qələmə vermə forması var ki, guya heç kim cinsi istəyə görə ailə qurmur. Guya sırf nəsil artırmaq və xüsusi dəyərləri qorumaq üçün ailə qurulmalıdır. Bəzi mental dəyərlərimiz insan təbiəti ilə uyğun gəlmir.İnsan təbiəti və insan psixologiyası isə tamamilə başqadır.Bu tələbat ödənmədikdə tərəflər arasında qalmaqallar başlayır, faciələrə yol açılır”.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »