Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə “yanğına qarşı təyyarə, yoxsa helikopter daha təsirlidir” mübahisələri davam edir
Türkiyədə “yanğına qarşı təyyarə, yoxsa helikopter daha təsirlidir” mübahisələri davam edir

Türkiyədə “yanğınla mübarizədə təyyarə yoxsa, helikopter daha təsirlidir” mübahisələri davam edir. Mütəxəssislər isə, meşə yanğınlarına elə torpaq üzərindən müdaxilə etməyin daha önəmli olduğunu qeyd edir.

“Əkin əraziləri ilə meşə arasında təhlükəsizlik xəttləri olmalıdır. Meşəlik ərazilərlə evlər arasında məsafə olmalıdır”

Türkiyədə son 3 gündə fəlakətə yol açan meşə yanğınları böyük itkilərə səbəb olub. Bu yanğınlarda əkin əraziləri, kəndlər, məhəllələr, heyvanlar yanaraq məhv olub. 4 nəfər isə həlak olub. İstanbul Texniki Universitetinin Meteorologiya Mühəndisliyi bölməsinin müəllimi professor Mikdat Kadıoğlu yanğınların meydana gəlməsi haqqında danışarkən bildirib ki, hazırda Toroslar və İç Anadoludakı dağlardan əsən küləklər də yanğına təsiri edir:

“Buna görə də, torpaq quruyub və nəm təsiri 6 dərəcəyə düşüb. Yəni hər hansı bir qığılcım, iki yarpağın bir-birinə sürtünməsi belə meşə yanğınına səbəb ola bilər. Hava şəraiti elədir ki, hər şey yanmağa hazırdır”.

Mütəxəssis qeyd edib ki, bu vəziyyət yanğınlarda yer almaq istəyən terrorçuları da aktiv hala gətirib. Ancaq yanğınların əsas səbəbi hava şərtlərdir.

“Müvafiq qurumlar hava şəraitinə baxaraq, meşə yanğınlarının ola biləcəyi ehtimalını nəzərə alıb, meşələrə giriş-çıxış qadağan edilməli idi.”

Yanğın təhlükəsizliyi eksperti Cemal Kozacı isə Ağdəniz və Ege bölgələrinin şam meşələrindən ibarət olduğunu qeyd edərək bildirib ki, Marmarisdə Akyakada bütün otellər şam meşələrinin içindədir:

“Şam ağacı çox tez yanan ağacdır. Şam ağacları terebentin deyilən yanıcı maddə ifraz edir. Artan istilərin də təsiri ilə bir şam meşəsində çıxan yanğın zamanı şam qozaları manqalda, sobada necə partlayırsa eləcə partlayır və yanğını ətrafa yayır. Bu yanğınların səbəbi terror hadisəsi də ola bilər. Amma hamısı bir ehtimaldır”.

Türkiyə “Ormançılar Dərnəyi qərbi Ağdəniz şöbəsinin rəhbəri və yanğın-ekologiya mütəxəssisi professor Tuncay Neyişçi də qeyd edir ki, meşə yanğınlarına müdaxilə zamanı helikopterlərdən istifaə artıq vərdişə çevrilib. Əslində isə torpaq ərazidən müdaxilə daha vacibdir:

“Biz isə bunu unutmuşuq. Yerdə olan qruplar əvvəlcə hesablanmış bir məsafədən yanıcı maddələri aradan qaldırmalıdır. Bu zaman su və ya yanğın gecikdirici kimyəvi maddələrdən istifadə edilməlidir. Manavqatdakı yanğın zamanı 26 helikopter və 3 təyyarə yanğının üzərinə su atır. Belə bir əhatəli yanğının üzərinə su ataraq söndürə bilməzsiniz. 10 tonluq su atan bir təyyarə gedib 15 dəqiqə su yığana qədər həmin 15 dəqiqə içərisində suyun təsiri qalmaz. Əhalinin sayı, meşələr daş ocaqlarının sayı hər gün artmaqdadır. Bunların sayı artdıqca meşələrin yanma riski də artır. Bunun qarşısı alınmalıdır”.

Ekspert həmçinin bildirib ki, yanan ərazilərdə meşə və əkin sahələri arasındakı məsafələrdir. Meşə nazirliyi bununla bağlı tədbirlər görməlidir. Yaşayış məntəqələri ilə meşə və əkin sahələri arasındakı məsafələr artırılmalıdır. Əkin sahələri ilə meşəlik ərazilər arasında təhlükəsizlik xəttləri olmalıdır. Çünki yanğınların böyük hissəsi əkin sahələrindən meşələrə keçir. Meşələrin içində olan kəndlərdə binaların ətrafına yanğından qoruyucu xəttlər qoyulmalıdır. Meşə əraziləri ilə evlər arasında məsafələr olmalıdır.

Meşə yanğınları səbəbi ilə Türkiyənin bir çox əyalətində meşələrə girmək müəyyən tarixə qədər qadağan edilib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »