Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sərxoş kişi Bakı polisini ayağa qaldırdı – ZƏNG EDİB ÜZR İSTƏDİ
Bakıda maraqlı hadisə baş verib. Lent.az xəbər verir ki, Sabunçu rayon Zabrat qəsəbə Şirvan küçəsində yaşayan Faiq Babayev (ad şərtidir) gecə saatlarında Daxili İşlər Nazirliyinin 102 – Qaynar Xəttinə müraciət edib. O bildirib ki, avtomobilini Qaraçuxur qəsəbəsindəki kafenin qarşısında saxlayıb. Daha sonra kafedən çıxdıqda isə maşının qaçırıldığını görüb. Dərhal polis əməkdaşları axtarışlara başlayıb. Bir neçə saat sonra həmin şəxs yenidən polisə zəng edərək üzrxahlıq edib və maşını evinin həyətində saxlayıb kafeyə getdiyini deyib.

Məlum olub ki, F.Babayev polisə müraciət edərkən sərxoş vəziyyətdə olub. Araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »