Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bekir Pakdemirli: “38 vilayətdə 163 yanğından 152-si söndürülüb”
Bekir Pakdemirli: “38 vilayətdə 163 yanğından 152-si söndürülüb”

Türkiyənin 38 vilaytətində 163 yanğından 152-si söndürülüb.

APA-nın xəbərinə görə, bunu Türkiyənin meşə və kənd təsərrüfatı naziri Bekir Pakdemirli mətbuata açıqlamasında bildirib.

Muğlada 5 yanğının davam etdiyini qeyd edən nazir bu gün vilayətin Marmaris rayonunda 45,5 dərəcə isti olduğunu deyib: “7 iyul 1998-ci ildə 45,3 dərəcə istilik qeydə alınıb ki, bununla da ərazidə havanın hərarəti rekord həddə çatıb”.

Nazir küləkli hava şəraitinin söndürülən yanğının bir müddət sonra yenidən alovlanmasına səbəb olduğunu da vurğulayıb: “Havada rütubətin aşağı düşməsi, quru külək yanğının istiqamətinin dəyişməsinə və sürətlənməsinə səbəb olur”.

B.Pakdemirli onu da əlavə edib ki, yanğnların söndürülməsinə 72 hava nəqliyyat vasitəsi cəlb olunub: “Hazırda 16 təyyarə və 51 helikopter yanğınlara müdaxilə edir”.

Nazir hazırda bütün dünyada meşə yanğınları təhlükəsinin olduğunu diqqətə çatdırıb.

Paylaş »
››› Qadınların qeybə çəkildiyi, uşaqların ac dolaşdığı şəhər - Video
››› İlham Əliyevi İranla bağlı açıq danışmağa vadar edən səbəblər
››› “Bir möcüzə baş verə, ev qapımız döyülə...” – Şəhid övladlarının ata həsrəti
››› 20 qəpiklik maska 50 qəpiyə: Qayğı, yoxsa fürsət...
››› Dünya böhrandan geri dönür: Yeni qaydalarla yola davam...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Kadırov seçkilərdə dünya rekordu qazanıb
Son xəbərlər
Bütün xəbərlər »