Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur

Türkiyədə hələ də bütün yanğınları söndürmək mümkün olmayıb. Qardaş ölkədə bunun üçün bütün qüvvələr səfərbər edilib. Azərbaycan da köməyə gedib. Pis xəbərlərdən biri odur ki, yaxın günlərdə Türkiyədə havanunu temperaturu yüksələcək. Bu isə yalnız yanğınların artmasına xidmət edə bilər. Artıq qonşuluqda istidən küçəyə çıxmaq olmur.

Bizimyol.info xəbər verir ki, Yunanıstanda anomal istilər müşahidə edilir. Altı gündür Avropa ölkəsində əhali yüksək temperaturdan əziyyət çəkir. Akropolis yüksəkliyində və Afinanın Omoniya meydanında +55 dərəcə qeydə alınıb. Yerli icra orqanları əhaliyə müracit etmək məcburiyyətində qalıb. Tövsiyə edilir ki, vacib işi olmayanlar saat 12.00-16.00 aralığında küçəyə çıxmasın. Həmin 4 saat ərzində əksər işlər dayandırılıb.

Afinada istilik hələ +46 dərəcəyə çatanda şəhər əhalisinə müraciət olunmuşdu. Afinalıların daha diqqətli olması istənilmişdi. Amma zamanla isti şəhər həyatını iflic etməyə başlayıb.

Əslində, Yunanıstanın daha isti yerləri var. Tesaliya və Epir bölgələrində əhali daha böyük əziyyətlə üz-üzə qalıb. Xeyli insan günvurmadan xəstəxanaya aparılıb. Mütəxəssislər yaşlı insanlara küçəyə çıxmamağı tövsiyə edib. Xroniki xəstəliyi olanlara da evdə qalmaq məsləhət görülüb.

Anomal istilər Yunanıstanda başqa problem də ortaya çıxıb. Əhaliyə elektrik enerjisinin verilməsində böyük fasilələr yaranıb. Çünki insanlar isti ilə əsasən kondisionerdən istifadə etməklə mübarizə aparır. Bu isə elektrik enerjisi baxımından yüklənməyə səbəb olur. Əhaliyə müraciətdə saat 13.00-17.00 aralığında işıqdan mümkün qədər az istifadə etmək istənilir.

İqlim dəyişikliyi yaxın gələcəyin ən böyük problemlərindən olacaq. Qlobal istiləşmə meşə yanğılarını adi hala çevirir. Hər onillikdə Yer kürəsində səth temperaturu 0.2 dərəcə artır. 1950-ci ildən planetdə soyuq gün və gecələrin sayı yalnız azalır. Sürətli meşəsizləşmə dünyanın gələcəyi ilə bağlı nikbin düşüncələrə əsas vermir. Əksər ölkələrdə yay amansız istilərlə müşahidə olunmağa başlayıb.

Son 24 saat ərzində Yunanıstan və İtaliyada da meşə yanğınları baş qaldırıb. Yunanıstanda yanğınlar üzündən 4 kənd evakuasiya olunub. Ölkənin bəzi yaşayış yerlərində temperatur 46 dərəcəyə yüksəlib. Hətta gecə saatlarında da temperatur 30 dərəcədən aşağı düşmür.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »