Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qərarı biz vermədik, Eldəniz Səlimov özü verib"
"Qərarı biz vermədik, Eldəniz Səlimov özü verib"

Bu gün Milli Məclisin deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi barədə qərar mənim bir vətəndaş, bir jurnalist kimi ürəyimcə oldu.

Qanunlara əminlik, parlamentimə güvən duyğumu artırdı. Amma bir sual məni düşündürdü və bu sulla da deputat Sabir Rüstəmxanlıya müraciət etdim: “Deputat tərəfindən döyülən şəxs sadə vətəndaş olsaydı yenə eyni şəkildə müzakirə aparılar, eyni qərar verilərdimi?”

Sabir Rüstəmxanlı Sabir Rüstəmxanlı

“Qərarı biz vermədik, Eldəniz Səlimovözü verib. Millət vəkili ikiqat məsuliyyət sahibidir, vətəndaşa qarşı daha diqqətli olmalıdır. Döyülən şəxs polis deyil, ən sadə bir vətəndaş olsaydı və o sadə vətəndaşın şikayəti getsəydi, Baş Prokurora çatsaydı heç şübhəsiz ki, eyni şəkildə davranacaqdıq. Bu məsələdə döyülən şəxsin polis olması da böyük rol oynadı. Polis xüsusi statusu olan şəxsdir.

Amerikada və ya dünyanın bütün demokratik ölkələrində polisə qarşı zorakılıq, kobudluq qanun tərəfindən çox sərt cəzalandırılır. Düzdür, işində qüsurlara yol verən polislər də var. Hər təbəqənin çürükləri olur. Amma müstəqil dövlətin ordusundan , polisindən danışıqırıqsa gərək onların nüfuzu qorunub saxlansın. Bu vacibdir”,- deyə o qeyd edib.

İlhamə Rəsulova

Paylaş »
››› TƏBİB-in "gizli" dərman paketi
››› İcra başçısının bacısı oğlu həbsdən buraxıldı
››› "Prostat xəçənginin yaranma səbəbləri daha ağrılıdır"
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› "Qadınlar geyimlərinə əvvəlki qədər diqqət yetirmirlər, sanki insanların ruhu ölüb"
››› İki polis zabiti narkotikə görə həbs edilib
››› Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana gətirilib
Son xəbərlər
Bütün xəbərlər »